SEHİRBAZ
Zaman! Bizə aid olmayan qavram,bizə aid olmayan məhfum! Toxunmaq istədikdə toxuna bilmədiyimiz, hiss edib yaşamaq istədiyimizdə hiss edib yaşaya bilmədiyimiz ZAMAN! Axı o zaman deyilən şey nədir?
Nədən biz hamımız onun əsiri, qulu olmağı seçirik?! Nədən onun talehimizlə birlikdə bizim üçün cızdığı yolu seçirik ki?! Düşünsənizə, zamanı özümüz idarə etsəydik nə olardı? Yaxşı olmazdımı? Hər şey daha gözəl, dünyamız daha gözəl bir yer halına gəlməzdimi?!
Nə qəribədir, zaman bir nehirin suyu kimi axıb gedir.Bizdə onun axıb gedən ləpli suyunun üstündə durmağa, tutunmağa çalışırıq. Kimi bu ləpələrə uyğun rəqs edir suların üstündə, kimidə bu ritmə tab gətirə bilməyib sakit əsən gilavarda belə suların ağuşuna qərq olur.
Ancaq mən bu zaman yolcularından olmayacam, öz zamanımı özüm yaradacam, ona ağanın qulun kim olduğunu göstərəcəm. Zaman məni deyil, mən onu idarə edəcəm.
Hə, bəyəndiz?! Gözəl xəyaldır, uşaqlıqdan bu xəyalı qururam. Amma nə qəribədir ki, "hələdi bu xəyalım gerçəkləşməyib"!. Dünyadakı digər puc olmuş xəyallar kimi!
Bu gün isə diyəsən hər şey fərqli olacaq. Ürəyimə nəsə elə damıb.Bu gün sonunda məni diyəsən işə götürəcəklər. Bu gün artıq bilməm neçənci iş görüşməmdi. Hər dəfəsində biz sizlə əlaqə saxlıyacayıq, ya da sizdə bizim axtardığımız özəlik yoxdu deyib məni geri göndəriblər. Bu dəfə diyəsən elə olmayacaq. Bilirsiz, bu dünyada artıq heç kəs sehirbaza inanmır, yada inanmaq istəmirlər. Bir sözlə artıq insanların bir sehirbaza ehtiyacları yoxdur diyəsən. Yox, səhv başa düşməyin mən sehirbaz deyiləm. Əsil peşəm aktyorlukdu. Mən İncəsənət İnistitunu bitirmişəm,Teatr sinifində dərs almışam. Ancaq hələdi bir dənə teatrda belə düz əməli işləməmişəm. Nə kəramətdisə məni işə götürən yoxdu. Hamı deyir yer yoxdu, ölkədə hamı aktyordu gələn iş istiyir, teatra gəlir və s bu kimi sözlər. Artıq hər iş görüşməsində bu sözləri eşitməkdən teatr drektorlarına yazığım gəlməyə belə başlayıb. Desəzki, bəs necə dolanmısan, başını necə saxlamısan hə bax onda deyim. Hələ tələbəlik illərimdən ancaq cizgi filim qəhramanlarının kostiyumlarından pul qazanırdım, əslində dəyişən sadəcə zaman olub mən indidə bu işdən pul qazanıram, pul qazanıram deməyimə baxmayın sadəcə çörək pulumu çıxarıram o qədər.
Bilirsiz, mən özümə sənət seçərkən heç bunları düşünməmişdim. Necə deyim, sanki xəyallarımın qurbanı oldum.Çünki səhnədə mən çox fərqli olurdum.Zaman dururdu mənim üçün. Düşünürdüm ki, o an zamanı mən idarə edirəm. Düşünürdüm ki, bu hər zaman belə olacaq ancaq bu həyatda bunun belə olmadığını anlayanda artıq çox gec idi. Çünki bu insanlar nə sənətdən anlayır, nədə teatrdan. Anlasaydılar yəqin mənə çoxdan bir iş vermişdilər. Hələ mən inistitut vaxtlarında anlamışdım bunu. Ancaq aktyor sənətinin əsaslarından dərs keçən müəllimim mənə yanıldığımı, bir gün sənin sənətini anlıyan biriləri olacaq deyərdi. Nə bilirsən bəlkədə var sən rastlamamısan deyər, mənsə gülərdim. Bu gün onun sözlərinə inanıram bilirsiz niyə çünki bu dünyada hələdi aktyorlara inanan insanlar var. Mən sehirbazlara inanmırlar deyəndə əslində öz işimi nəzərdə tuturdum,onun sehirbazlar kimi insanı düşündürdüyünü, onları güldürdüyünü nəzərdə tuturdum. Çünki mənə bu adı sənətimi sevənlər, ona inananlar veriblər. Bilirsiz onlar kimdi?! Onlar məni görəndə sevinən, ağlarkən gülmək məcburiyətində olduğumu anlayan, məni üzgün görərkən burnumdakı o yumru topu dartıb məni güldürənlərdi. Uşaqlardı. Bəli güldürən. O topu dartanda necə ağrı verdiyini bilirsiz yəqin, amma o an mən ağrı hiss etmirəm. Çünki o an zaman mənim üçün durur, qarşımdakı bu dünyanı hələ dərk etməyən o uşaqlar mənim mimikalarıma gülərkən, hərəkətlərimə baxıb onu anlamağa çalışarkən mənim üçün hər şey durur.Çünki onda zamanı mən idarə etmiş oluram. O zaman mən əsil aktyor olduğumu anlayıram. Onlara özümü sevdirə, inandıra bilirəm.Bu zaman mən həqiqətən bir sehirbaz oluram. Onların, uşaqların sehirbazı oluram!
Budur, mən çatdım. İnanıram ki, bu dəfə mən işə qəbul olacam. Mən artıq səhnədəyəm. Öz yerimdə, əslində həmişə olmaq istədiyim yerdə. Mənə bir mətn veriblər mən onu oxuyub orda yazılan tapşırıqları yerinə yetirməliyəm. Birinci tapşırığım yerdən bir tısbağa götürməkdi. Düşünürsüz ki,bunu necə edəcəm, hə? Əslində bunu demək olar bütün aktyorlar bilirlər, mən bu epizodu canlandırmalıyam. Bəli, mən bu epizodu canlandırdım. Yavaşca və bir az qorxaraq aşağı əyildim, yerdə bir tısbağa varmış kimi yerə çökdüm, ehmalca tısbağanı əlimə alıb ayağa qalxdım. Bunu etmək həm çətin, həmdə asan idi. Siz məndən bunun necə olduğunu soruşacaqsız bilirəm. Ancaq necə izah edəcəyimi heç bilmirəm. Diyəsən bunu ancaq yaşamaq lazımdır, yoxsa anlamaq və anlatmaq çox çətin. Bu mənim üçün olsa belə. İkinci tapşırığım mətni oxumalı və obraza girməliydim. Mətn Hüseyn Cavidin " İblis" əsərindən İblisin monoloqu idi. Mən mətni oxudum və canlandırmağa başladım. Necə danışır, necə hərəkət edirdimsə özümdə bilmirdim, sanki o an səhnədə mən deyil, bir başqası vardı. Tapşırıq bitdi. Yox hələ biri qalırdı, ancaq müsüflər, daha doğrusu teatrın peşəkar aktyorları və teatrın rejissoru mənə dayanmağımı dedilər.
Yetər, gənc adam bəsdi. Biz anlayacağımızı anladıq. Dedilər.
Bəs mən? Mən necə, onların dediyini anladımmı?! Donub səhnədə qalmışdım. Ayılanda isə artıq mən rejissor və aktyorların yanında durub, hətta onların əlini sıxırdım. O an eşitdiyim tək cümlə isə bu oldu- Səni teatrda gördüyümüzə şadıq, bizim belə gənclərə ehtiyacımız var. Və gülüşürdülər. Diyəsən mənim istədiyim olmuşdu, mən artıq əsil teatr aktyoru idim.
YENİ BAŞLANĞIC
İlk iş günüm. Hər şey çox gözəl və çox həyacanlı.Diyəsən ürəyim dayanacaq bu dəyqə, ancaq mən ora getməliyəm. Məni gözləyən yeniliklərə doğru, həyatın mənim üçün hazırladığı sürpirizlərə doğru yol almalıyam.
Qızğın keçən məşqlər, alınan və alınmayan bir yığın səhnələr.... Və budur son gün mənim teatrda ilk obrazım və tamaşam. Artıq zal ağzına qədər dolub, bunu pərdələrin arasından görmək olar. Sayılı dəqiqələr və mənim tamaşam başlıyacaq. Budur, başladı "Tamaşa Don Kixot, I pərdə".
Baş rolda mən- Don Kixot.
Tamaşa mənim yəni Donun monoloqu ilə başladı. Tamaşa mən gözlədiyimdəndə maraq doğurdu və əla şəkildə də bitdi.
Ancaq bu tamaaşa diyəsən mənim həyatımda çox böyük bir iz qoyacaqdı. Mən tamaşadan sonra sanki ulduz kimi parladım. Hər kəs məndən danışır, qəzetlərin mədəniyyət rubrikalarında məndən yazırdılar. Sanki ilk dəfə deyil illərdi tamaşalarda oynayan şöhrətli bir aktyor idim. Bu mənə çox təccüblü görsənirdi, çünki ilk dəfəydi belə bir hörmət və qayğı görürdüm, özüdə hər kəsdən. Bu dəfə mənə əl çalan, məni görəndə qucağıma qaçan balaca uşaqlar deyil, böyük adamlar, jurnalistlər, teatr və kino rejissorları idi. Bu nə idi axı?! Yuxu, yoxsa həqiqət?! Diyəsən mənə inanan insanlarla bu dəfə rastlaşmışdım. Hər gün yeni çəklişlərə gedir, yeni təkliflər alır, o teatrdan bu teatra keçir, imza günlərində olurdum. Günlərim, saatlarım necə keçirdi heç anlamırdım. Bildiyim tək şey vardı o da bu olanlardan bixoş olmağım idi. Hər kəsin mənim nazımla oynaması, mənim bir dediyimi iki etməməsi və bu baş döndürücü məşhurluq məni məndən uzaqlaşdırmışdı.Kim olduğumu artıq bilmirdim.Sanki elə hər şey həmişə varmış kimi davranır, bu şöhrətin mənim bir gün əllərimin arsından süzülüb gedəcəyini düşünmürdüm. Artıq nə uşaqları əyləndirir, nədə səhnədə zamanı dayandıra bilirdim. Sadəcə oynadığım rollara uyğun obrazlara girirdim. Bir müddət keçdikdən sonra artıq yorulduğumu anlıyırdım. Amma bunu kimə deyə bilərdim ki?! Məni məşhur edən tamaşaçılarımamı, yoxsa məni roldan rola salan rejissorlaramı? Əlbətdə heç kəsə deyə bilməzdim. Çünki onda mən illlər əvvəlki Oleq olacaqdım. Sadə həyat yaşayan, tamaşaçısı təkçə uşaqlar olan Oleq.
Amma mən bunu istəmirdim. Ancaq artıq heç taqətim qalmamışdı. Ruhum yorulub, əziyyət çəkirdi.Saxta gülüşlərdən, saxta insanlardan.....
ŞİMDİ OKUDUĞUN
SEHİRBAZ
General FictionBu gün günəşin mənim üçün doğduğunu, bu gün dünyanın mənim üçün öz oxu ətrafında fırlandığını, bu gün cəh-cəh deyə ötən quşların əslində mənim üçün oxuduğunu, günəşin yandırıcı bir istilik deyildə, insana güc verən, sabahlara ümidləndirən, hələ gü...