Hər başlanğıcın bir sonu vardır

27 5 3
                                    


Saxtalıq məni çox yorurdu. Artıq ən çox sevdiyim işdən uzaqlaşmağa başladığımı anlayırdım. Çünki bu işin çətin və necə məsuliyyətli olduğunu anlamışdım. Biz aktyorlardan necə istifadə edildiyini gördükdə isə ruhum çox əzab çəkirdi. Düşünsənizə heç kəsə yararlı olmayan, bəlkədə ən ziyanlı bir məsulun reklam çarxında sənin oynamağını istəyirlər. Sənin yox demək kimi bir şansın yoxdu. Çünki sən onlarla bir müqavilə bağlamısan, yada onlar sənin şöhrətinin zirvədə qalmasını təmin edən tək insanlardı. Sən məcbur olub,istəməsəndə o rolda çəkilirsən və yalandan danışır, insanların hisslərilə oynayırsan. Sizcə də vicdansızlıq deyilmi bu?! Məncə elədi. Ona görə artıq mən bir sehirbaz deyildə, bir vicdansız olduğumu düşünürdüm. Çünki zamanında  insanları əyləndirən, onları düşündürməyə vadar edən sehirbaz indi bir vicdansız olmuşdu. Onları aldadır, yalan vədlər verirdim. Artıq ağlıyan uşaqları sehirli mimikalarımı işlədərək güldürmür, əksinə o sehirli gücümdən onları aldatmaq üçün istifadə edirdim.
Bu necədə ağrılı bir iş idi!
                             Son
Mənim ilk tamaşam yadınızdadır? Don Kixot. Mən özümü o zamanlar Don Kixot kimi hiss edirdim. Düşünürdüm ki, mən qəhrəmanam hər kəsin gözündə. Necə ki, Don Kixot  yel dəyirmanları ilə savaşmışdı o əsərdə, məndə özümlə, daha doğrusu məni məşhurlaşdıran bu cəmiyyətlə, bu rejissorlarla  savaşırdım. Düşünürdüm ki, bu axmaq savaşda qalib gələ bilərəm. Ancaq elə olmadı. Nə Don o savaşda qalib gəldi, nə də mən! Ona görədə indi bu uçurumun eşiyindəyəm, qalib gələ bilmədiyim üçün.
Mən artıq anladım. Düzdü gec oldu, amma anladım sehirbaz olmaq mənə görə deyilmiş, sehirbazlar yalan həyata, boş şöhrətə uymazlar. Ancaq, mən çox tez qurşandım bu şöhrətə və budu sonuda öz gözlərimlə gördüm. Müəllimim düz deyirmiş, mən məni anlayanlarla çoxdan rastlaşmışammış. Onlar həqiqətəndə o məhsum, dünyadan bixəbər olan uşaqlarmış. Məni anlayan da, sehirbaz edən də  onlarmış, geydiyim cizgi filim qəhramanlarının paltarları və birdə klonun o şirin burnu!

11.05.2020
.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 05, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

SEHİRBAZHikayelerin yaşadığı yer. Şimdi keşfedin