İyunda bizi nələr gözləyir?

133 1 0
                                    

Salamlar hər kəsə!

Bu dəfəki söhbətimiz İyun ayı barədə olacaq, kiçik bir not - bu ay çox təntənəli gəlir. İki tutulma, Ay və Günəş tutulması, məşhur Merküri retrosu, Neptunun retro planetlərin sırasına daxil olması, ay sonunda isə Marsın gücünün ən pikdə olacağı Qoça keçməsi və daha nələr nələr.

İlk olaraq tutulmadan başlayaq, 5 iyunda Ay tutulması baş verəcək. Bu tutulmalar, adətən, bitişlər, sonlanmalar və bir şeylərdən vazkeçməklə bağlıdır. Bir növ qırılma nöqtəsi kimi. Qısacası, bir dövrü bitiririk və tutulma bizləri yeni bir macəraya hazırlayır. Qarşıdakı 1.5 il müddətində həyatımızda hansı mövzular aktual olacağı bu ayda müəyyənləşəcək. Venera retrosunun da davam etməsi bu dövrlərdə pul qazanmağın artıq ənənəvi deyil, alternativ yollarla mümkün olacağını işarə edir. Bundan əlavə, tutulmanın digər planetlərlə yaratdığı çətin aspektlər insanların öz daxillərinə geri dönüşü, özü ilə olan münasibətin, daxili motivasiyasının böyük miqyasda dəyişəcəyini bildirir.

Bəzən həyatdakı möcüzələr çox yüksək məqsədlərdə, fenomenal uğurlarda deyil, sadəcə sonsuz bir axtarış-araşdırma içində olmaqdadır. Bir ömür boyu özünü, ətrafını dərindən öyrənmək, bitib tükənmək bilməyən bir öyrənmək istəyi, maraq hissidir. Hal-hazırda hansı yolu seçəcəyinizi bilməməyiniz çox normaldır, yəni bu axtarış öz-özlüyündə bəlkə də seçiləcək bir yoldur. Həyatın mənasını anlamaq, özünü kəşf etmək asan, qısa zamanda baş verəcək bir hadisə deyil, bu mövzularda, yəni Oxatanın daim verdiyi "həyatın mənası nədir?" suallarının cavabını qısa zamanda tez cavab almaq istəyən Əkizlər sizin tez bezməyinizə, tələsməyinizə səbəb ola bilər. Bunu yaxın 3-6 ay ərzində hiss edə bilərsiniz, lakin meditasiya, yoga kimi səbr və təmkin öyrədən məşğuliyyətlərlə özünüzü kontrol edə bilərsiniz və bu prossesi ən sağlam şəkildə keçirə bilərsiniz.

Gələk Ay Düyünlərinə. Ay düyünləri bürc dəyişdirib. Ay düyünləri nələrdir? Xəritəmizin əslində ən tale yüklü göstəricilərindəndir, yəni birbaşa sizin taleyinizə təsir edəcək hadisələri simvolizə edir. Bu düyünlərin tam mənasını izah etməyə gəldikdə isə riyazi hesablanan, Ayın Dünyanın ətrafındakı orbitinin trayektoriyasını sizin doğulduğunuz ildə kəsdiyi nöqtələrdir. Düyünlər hər zaman 2 ədəd, Şimal və Cənub Ay Düyünləri, olub, bir-birindən 180 dərəcə uzaqlığında yerləşir və həmişə retro hərəkətdədirlər. Qısaca izah vermək istəyirəm: Şimal Ay Düyünü (ŞAD) bizim bu həyatda getməyimiz gərəkən yoldur, daha aydın desək "doğru yol" adlandırılan anlayış. Hər insanın bu həyatda getməyi gərəkən bir yol, öyrənməyi gərəkən minlərlə dərs, bacarıq və təcrübə var. Cənub Ay Düyününə (CAD) gəldikdə isə bizim bu həyata hazırlıqlı gəldiyimiz məsələləri özündə cəmləşdirir. Doğulandan bizdə olan bacarıqlar, istedad və ya təcrübələrdir.

Ay düyünləri bürc dəyişdirir, Xərçəng-Oğlaq aksizindən Əkizlər-Oxatan aksizinə keçir. Bu ilin may ayına qədər 1.5 il müddətində Xərçəng və Oğlaqlar bir sıra imtahanlardan keçməli idilər. İndi isə Əkizlər və Oxatanlar. Simvolizmdə primitiv şəkildə desək Əkizlər texnologiya/kommunikasiya, Oxatan isə səyahət mənasını kəsb edir. Beləliklə, iyun ayında baş verən ilk tutulmadan sonra böyük ehtimalla ölkədaxili səyahətlərə icazə verilə bilər.

Bu tutulmaların üstündə çox böyük Neptun planetinin təsiri var,hansı ki illuziyaların, aydın olmayan görüntünün, bir az ekstrimdə isə aldanmaların planetidir. Yəni belə təsəvvür edək, təyyarənin turbulansa girdiyini düşünün və ya ekstra dumanlı havada maşın sürdüyünüzü düşünün, qarşınızdakı nə qədər məsafəni aydın görürsünüz? Böyük ehtimalla çox az. Reallığı görməyimiz çətinləşir. Sizə gələn iş təklifi, məsələn, elanda yazılandan çox fərqli çıxa bilər, məsuliyyətlərin çoxluğuna uyğun olmayan maaş verilə bilər amma bundan sizin ən son xəbəriniz ola bilər və s. Məsələn, münasibətlərdən nümunə verək. Biri ilə tanış oldunuz, həmin adamı araşdırmadan və ya həqiqətən tanımadan gözünüzdə böyütməyin, ideallaşdırmayın, sonra Venera retrosundan və tutulmalardan sonra xəyal qırıqlığına uğraya bilərsiniz.

İyun ayında bizi nələr gözləyir?Where stories live. Discover now