"Gott weiß ich will ein Engel sein"
Hadisələr Almaniyada yaşayan bir Türk ailəsində baş verir.
-Oğlum, sənə nə oldu axı! Oğlum, canım mənim...
Fateh anasının onun bədənini necə qucaqlayıb ağladığına tamaşa edirdi. O, heç nə anlamırdı. Yerində donmuşdu. Nə baş vermişdi axı? Atası bir küncdə oturub ağlayırdı. Kiçik bacısı Müjdə anasının ətəyindən yapışıb ağlayırdı. O, isə heç nə anlamadan onlara baxırdı. Qışqırırdı.
-ANA, ATA MƏN SAĞAM! BURDAYAM! Niyə məni görmürsünüz? MƏN BURDAYAM.
O, onlara toxunmaq istədi, lakin bunu bacarmadı. O, onlara toxuna bilmirdi. Ona elə gəldi ki, əli bədənlərinin içindən keçdi. Sanki o, başqa aləmdə idi! Fateh gedib güzgünün qabağında özünə baxdı. İlahi! O, güzgüdə görünmürdü! O, yox idi. Onu dəhşət bürüdü. Lakin ağlamırdı. Sanki ağlaya da bilmirdi.
-Bəlkə mən ölmüşəm?!..Əgər mən ölmüşəmsə onda bu dünyada neynirəm, niyə hələ də burdayam?
O, fikirləşdi, fikirləşdi, lakin ağlına heç nə gəlmədi. Ən son xatırladığı şey isə otağında oturması idi. Ölümünü xatırlamırdı. Evə polislər gəlmişdi. Fateh qonaq otağına gəldi. O, sanki boşluqdakı şar kimiydi, hara istəsə uça bilirdi. Polislər bir cəsədin yanında dayanmışdılar.
-Aman Tanrım, bu ki...bu ki, bizim Yohannadır...
Yohannanı valideynləri əvvəlcə Fatehlə Müjdənin dayəsi kimi işə götürmüşdü. Lakin sonradan ev işlərini də görməyə başladı və artıq onların xidmətçisi olmuşdu. O, sinəsi qan içində ölü vəziyyətdə yerdə uzanmışdı. Görünür onu kimsə güllələmişdi.
-İlahi, onda...onda məni də öldürüblər?
Fateh bunları düşünərkən polislər iki cəsədi də analiz etmək üçün apardılar. Onun valideynləri pərişan halda idi. Fateh anası ilə atasını belə vəziyyətdə görməyə dayana bilmirdi.
O, hər şeyi xatırlamaq istəyirdi. Bir-bir bütün otaqları gəzdi, sonra da küçəyə çıxdı. Bütün bu yerlər ona indi çox qəribə gəlirdi. Sanki buralar ona həm çox yaxın, həm də uzaq gəlirdi. O, axşama qədər hər yeri dolaşdı. Bu dünyadakı insanlar onu görmür, onun yanından ötüb-keçirdilər.
Növbəti gün o, ata-anasının ardınca analiz nəticələrini öyrənmək üçün polis bölməsinə getdi.
-Xoş gəlmisiniz, cənab və xanım Almaz, buyrun oturun.
-Xahiş edirəm, deyin oğluma nə ediblər? -deyə anası narahat bir şəkildə soruşdu.
-Sizin xidmətçinizi kimsə güllə ilə öldürüb, lakin oğlunuzun vəziyyətini biz də tam anlaya bilmədik. Bu boğulmaya oxşayır, lakin Fatehin bədənində heç bir iz yoxdur. Ancaq mühüm bir fakt ortaya çıxarmışıq. Sizin binadakı təhlükəsizlik kameralarına baxdıq. Həmin gecə üç nəfər üzü maskalı şəxs evinizə girib. Yəqin ki, oğurluq məqsədilə və oğlunuzla xidmətçinizin ölümündə də çox güman ki, onlar günahkardılar.
Bu sözlərdən onların hamısı dəhşətə gəlmişdi. Anası atasına deyirdi.
-Səlim, biz onları tək qoymamalı idik. Günah bizdədi.O, hönkür-hönkür ağlayırdı. Fateh isə nəyisə xatırlamağa çalışırdı. Lakin gözünün qabağına heç bir oğru gəlmirdi. Polis rəisi soruşdu:
-Sizin evinizdən nəsə oğurlanıb?
-Bilmirik ki, biz elə vəziyyətdəydik ki, evə baxmaq heç ağlımıza da gəlməmişdi.
ŞİMDİ OKUDUĞUN
Nekromania/Watty_Aze2020
Mystery / Thriller-Bəlkə mən ölmüşəm?!..Əgər mən ölmüşəmsə onda bu dünyada neynirəm, niyə hələ də burdayam? Hekayə Wattpad Azərbaycan səhifəsində paranormal hekayələr üzrə keçirilən yarış üçün yazılıb. 2085 sözdən ibarətdi.