Bu ölkədə nələrinsə dəyişməsi üçün ilk olaraq bunu istəyən insan dəyişməlidir və ətraf mühitində bunun təbliğatını aparmalıdır..Elə yerində sayıb, sosial şəbəkələrdə paralel həyat yaşayıb , vaxtını gic-gic şeylərlə qətlə yetirən insanların ,, ə bu cəmiyyət düzələn deyil,, deməsi bu həyatdakı bəlkə də ən absurd şeydir mənim üçün..Hətta buna cəhd edən insanlara mız qoyan və onu lağ obyektinə çevirib ,,kruq,,unda xal qazanan 30 günlük bostan ,,şitil,,lərini demirəm.Heç kim durub özünə sual vermire ,, a kişi bu nə yaşayışdır,, mən yaşayıram..Ümumiyyətlə mən niyə varam?Bizə bu həyat doğumdan ölümə qədər ki boşluğu doldurmaq üçün verilməyib axı..Hətta bunu da oxuyanda bəziləri ürəyində deyəcək ki, bekardıe bu..bu qədər yazını kim oxuyacaq.Məsələ bax budur inkişafa can ata bilməmək , məsxərəyə qoymağa adam axtarmaq, eqo ilə bacara bilməmək..Hər kəs düşünür ki, ən böyük məsələ iqtidardadır..İnsanların rifahının yaxşılaşması üçün iqtidar dəyişməlidir.Amma bunu deyən 90% adam ya qonşunun arvadına göz qoyan , ya iş axtaran bir gənc qızı taciz edən, övladlarının şəxsiyyət olaraq seçimlərinə mane olan, kişi və qadın dostluğunu ancaq yatağa bağlayan, yoldaşını ancaq ev işləri edən robot kimi görən, sevgini türk seriallarındakı kimi görən , başqalarının heç bir probleminə müdaxilə etməyən və s. saya biləcəyim insanlardır. Burda kişi və qadın ayırmıram..Dəyişmək ,,iç,, dən başlayır, dəyişmək ,,öz,, dən başlayır, səndən, məndən başlayır...Host Qrupunun bir track-ində deyildiyi kimi ,,çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız,,..O içindəki üsyanı başlatmasan sənin inqilabdan, mədəni yüksəlişdən, inteqrasiyadan danışmağa haqqın yoxdur..
YOU ARE READING
Cəmiyyət və düşüncələr
Short StoryDüşünmək və insan olmağa çalışmaq bu qədər çətin olmamalıdır.