Ansızın ölüm gəlir qapıya. Heç nədən xəbərin olmadan. Masa başında oturursan məsələn. Yeməyə hazırlaşırsan. Bir qapı açılar gəlməsini gözləmədiyin biri gələr. Sevib dəyər verdiyin birinin yaralı xəbərini gətirər. Ama o xəbəri verəni çox yaxşı tanıyırsan. Bir rəngindən, dodaq titrəməsindən, çətinlik çəkdiyi danışığından anlayırsan. O gətirdiyi xəbər bir gəncin yaralı xəbəri deyil ölüm xəbəri olduğunu. Ansızın gələn ölüm ağlının ucundan belə keçməyən insanın qapısını döyər. Və sən sadəcə bir şey istəyərsən Allahdan. Bu xəbərin yalan olmasını.