Qoxun.. Bakıya gələn qatarın vaqonlar arası get-gəlində əridi,
Bakı vağzalında gözlərini unutdum, taksiyə minərkən dodaqlarını.
Evimizin astanasında sağ əlini,
Otağımda sol əlin yox oldu..
Lakin,
O siqaret tüstüsünü,
Stula atdığın
sarı paltarın əziyini,
Bir-birimizə dediyimiz
özgənin anlamayacağı sözləri,
o sözlərin səssiz qüssəsini
Unuda bilmirəm...