AyselShirinova
Link to CommentCode of ConductWattpad Safety Portal
Əslində, karantində fərqinə varmadan çox istəklərimiz, xəyallarımız, arzularımız yerinə keçdi. Məktəbə getmək istəmirdik, kaş ki məktəb bizim evimizə gəlsəydi dedik. Onlayn dərslər sayəsində bu arzumuz gerçəkləşdi. Kaş ki, 5 gün tətil, 2 gün dərs olaydı dedik. Indi demək olar ki, o arzumuz da yerinə keçdi. 3 gün dərs, 4 gün tətil olur. Dərslər olmasın, bütün günü yataq, televizora baxaq, telefona baxaq dedik. O da oldu Məktəbə 1 aylıq, 1 illik fasilə veriləydi dedik. O da oldu Parta yoldaşlarımızdan bezib kaş ki, hər bir uşaq tək oturaydı dedik. Sosial məsafə sayəsində o da gerçəkləşdi. Koronavirus təzə yayılmağa başladığı vaxtlar ciddiyə almır, lağ-lağa edirdik. Mən maska taxanmaram dedik, amma indi maska demək olar ki, sanki bədənimizin bir parçasına çevrilib. Məktəblər bağlananda çox sevindik. Amma uzun tətildən sonra məktəbdən bezən bizlər məktəbin açılmasını istəyirdik. Bunların hamısı olsa, xoşbəxt olacağıq sanırdıq. Arzularımız yerinə keçdi, amma xoşbəxt olmadıq. Məgərsə, xoşbəxtlik səhər deyinə-deyinə dərsə getməkmiş, parta yoldaşınla dalaşmaqmış, müəllim dərsə gəlməsin deyə bəd dua eləməkmiş, sevmədiyimiz müəllimin qiybətini etməkmiş. Amma heyif ki, biz bunu çox gec anladıq. Anlayanda da bir faydası olmadı. Koronanın başımızın üstündən getməsi, keçmiş həyatımıza tezliklə qayıtmağımız ümidi ilə. Sadəcə içimdən keçənləri yazdım. Allahdan bütün korona xəstələrinə şəfa, koronadan həyatını itirənlərə rəhmət diləyirəm. Allah hamımızı koronadan qorusun. ❤Artıq bundan sonra heç bir şeydən şikayətlənməyin, kimsənin qəlbini qırmayın, lazımsız adamları vecinizə almayın, türklər demiş kafaya takmayın, həyatı mənalı, doya-doya yaşayın, həyatınızdakı yaxşı insanları görün, onların qədrini bilin. Həyat qısadır.❤ °○○❤●●❤○○❤●●❤○○❤●●❤○○❤●●° ♡❤♡♡❤♡♡❤♡♡❤♡♡❤♡
QONAQ555
@AyselShirinova Sabahın xeyir canım mənim :))♡⚘ Sonra da deyirlər ki dualarımız , istəklərimiz qəbul olmur ;)))
•
Reply
AyselShirinova
Son zəng nə olar çalma deyənlərin son zəngi çalınmadı, amma məktəb bitdi, geridə acılı-şirinli xatirələr qaldı, xatırladıqca gözləri dolduran, ürəkləri sevindirən xatirələr♡ (11ci sinif deyiləm, son zəngə aid mahnıya qulaq asanda duyğulandım, özümü o hisləri yaşamış kimi hiss etdim) Həyatın qanunu belədir: 11 il bir yerdə oxuyursan, sonra da heç nə olmamış, sanki bu xatirələr yaşanmamış kimi bir anda çıxıb gedirsən. Əgər qismətdə varsa, bir daha görüşmək nəsib olur, yoxdursa görüşə bilmirsən. Həyat bəzən acımasız, insafsız, ədalətsiz olur. Hər şeyə rəğmən yenə də həyatı sevin. ( deyəsən yazının bəzi hissələrində çox duyğusala bağladım neyləyək mən də duyğusal biriyəm. Duyğusal məni sevirəm)
•
Reply
vanteIia
Şükür Azərbaycanlı birilərin tapıram♡

"Vaqif və qardaşı qatara minib ön cəbhəyə yollandı. Müharibə növbəti qurbanlarını gözləyirdi..." "İntiqam" hekayəsindən kiçik bir parça