BarcaSeva

Qoy onların saçı şeirlərə ayə olsun,
          	Sənin hicabın Qurandan bir ayədir...

BarcaSeva

İllər boyu həsrətimi duymaz oldun,
          İllər boyu kədərimi bölmədin də.
          Çox vaxt güldüm ağlayaraq için-için,
          Bircə sözlə göz yaşımı silmədin də...
          
          Soyuqluğun buz olanda yanağımda,
          Nəfəsinlə başqasını isitmisən.
          Sənsizliklə yaşadıqca otağımda,
          Sən də məni bir otaqda itirmisən...
          
          Bəs, bilmirdin həsrətinlə ürəyimə,
          Həsrətinin əvəzinə daş asırsan?!
          Bəs, bilmirdin özün mənə yad olduqca,
          Mənimçün də yavaş-yavaş yadlaşırsan?!
          
          Yad baxışlar dikilibdir gözlərinə,
          Sənsə mənə peşiman qəlb gətirmisən.
          Necə verim sabahımı, necə sənə?
          Sən ki mənim dünənimi itirmisən...
          
          Nə deyim, nə? Bir ümmandın mənim üçün,
          Heç xəbərin olubmudur ürəyimdən?
          Damla kimi yaşadıqca özgə qəlbdə,
          Gözlərimdən damla-damla süzülmüsən...
          
          Bəs, bilmirdin unutdun bu gününü,
          Bir gün yenə bu ocağa dönəcəksən?!
          Bəs, bilmirdin dodaqlarda alışanda,
          Mənim üçün ürəyimdə sönəcəksən?!
          
          Nə deyim, nə? Günahını qaytar mənə,
          Ürəyimdə yanar bir od söndürmüsən.
          Damla kimi yaşadıqca özə qəlbdə,
          Gözlərimdən damla-damla süzülmüsən...
          
          Deyirsən ki, dəyişmişəm, yadlaşmışam,
          Səsimdə də bir ögeylik duydun mənim...
          Unutma ki, ögeyliyim, yadlaşmağım,
          Həm günahın, həm cəzandır indi sənin...
          Özün günahkarsan... Özün günahkarsan...
          
          ♡Kəmalə Abıyeva♡
          

BarcaSeva

Bu gecə xəyallardan uzaq olsun,
          Dünyamız səmalardan bəyaz olsun,
          Mənə səndən çox, sənə məndən çox,
          Bizə bizdən çox alışan, yaraşan yox...
          
          Bir sabah varlığın qonağım olsun,
          Mənə sənsiz dünya, bil, qənim olsun,
          Nəyi varsa mənim olsun,
          Əlimi dünyadan üzəndə əlimi tutsun...
          
          
          
          

BarcaSeva

Ramaldan qokku♥♥♥
Reply