Heç düşündünmü? Heç xatırlayanda doldumu gözlərin? "Niyə?" dedinmi içindən? Səni sonsuzluğa sürüklədiyim üçün yox da, bircə dəfə alınmadığı üçün əsəbləşib qınadınmı məni, küsdünmü məndən? Yanımdaykən içinə çəkəcəkmiş kimi sarılmaq istədinmi mənə? Saçlarımın qoxusunu duyanda onları sığallayıb öpmək keçdimi ağlından? Ulduzları görəndə mən gəldimmi ağlına,ya da bir nağıl oxuyanda? Düşünürəm də, çox şey buraxmışam səndə, ata bildinmi onları? Hər "paşam"da içdən-içə yandımı canın? Özünü əllərimi tutmamaq üçün güclə saxladınmı? Sevə bildinmi başqasını? "Səni sevirəm" deyə bildinmi dolu-dolu? Mənə deyə bilməmişdin.. Xoşbəxt edə bildinmi? Baxa bildinmi birinin gözlərinə? Mənə dediyin cümlələri onun üçün qura bildinmi? Ya da mənə verdiyin sözləri verə bildinmi ona? Sarıla biləcəksənmi? Heç mi yanmayacaq canın? Heç mi dolmayacaq gözlərin? Heç mi gəlməyəcəm ağlına? Bir kimya sualında məni görməyəcəksənmi? Ya da mənimlə çıxdığın o blokun pillələrində? Bir yerdə keçdiyimiz yollar bəs? Bəs sevgimizi basdrdığımız o şəhər? Xəyallarımız? Heç mi? Bitdi mi ciddən? Heç mi yoxam səndə? Bu qədər mi dəyərsiz idi? Bu qədər mi asan idi getmək? Təəssüf..