Biz bacarmadıq bıçaq fırltmağı.
Gecə qaranlığında Rafiq Tağını oğurladılar.
Başımız qarışdı Lüt müğənnilərə,
Şuşadan muğamı oğurladılar.
Bəy o qədər içdi, bilmədi nədi namus,
Fürsətdən istifadə, xınalı gəlini oğurladılar.
Allah allah deyənlğri də gördü bu millət.
Biz səcdədə olanda məsciddən nəzir oğurladılar.
Vaxtında silah tutmağa da ərindik,
Gülüstanda Təbrizimi oğurladılar.
Xəstəxanada qanlar da satıldı getdi,
5-10 manata həkimlərin andını oğurladılar.
İnan, qardaşım, inan, bu kafir eyni kafir o dövrlə
Mövlanə Məsnəvidə uçdu, gecəynən Şəmsini oğurladılar.
Çaxırımnan sərxoşluğumu, alnımnan yazımı,
İçimənən səni, əlimnən qələmimi, şeirimnən misramı oğurladılar.
- Əli Xəyyam