Susqunluğumun neçənci qatındayam bilmirəm , xəbərsiz küçələrdə yaşayıram sənsizliyi , közərən lampa üzərində səni yazıram məktublara. Üzərinə düşən yükü daşıya bilmədi bax bu səkilər , indi o səkilərdə yoxluğun qədər ağır olan həyatımı yazıram. Bilmədiyim qaranlıqlarda itirəm , batıram , sənsizliyi çəkirəm içimə , yoxluğuna sarılıb yatıram pəncərəsiz daxma içində. Biraz soyuqdu səki , divar , yəqin sönəcək birazdan bəşəriyyətin işığı. Ədəbiyyatın əbədiyyətə qovuşduğu kimi qovuşacam sənə. Bilmirəm neçənci qatındayam sənsizliyin. Yağış yağır, dağıdır daxmanı soyuq qış küləyi. Göy üzünə baxa bilmirəm. Yenə sığınıram sənsizliyə , üzərimə örtdüyüm karton da yarımçıq buraxıb gecənin yarısında məni. Mən kiməm ? Səndən əmanət qalan yadigar. Məni özümə əmanət buraxalı illər oldu, əmanətinə sahib çıxa bilmirəm , gəl qoru yadigar qalan əmanəti.
Dön siyah saçlı.
Yazar✍: Emin Bağırov