Bir gün gedəcəksən gəldiyin kimi
Qəlbimdə dərin boşluq olacaq.
Bir gün gedəcəksən gəldiyin kimi
Gözlərim kədərlə yaşla dolacaq.
Bir gün gedəcəksən gəldiyin kimi
Hansı bəhanəylə saxlıyım səni
Bir gün gedəcəksən gəldiyin kimi
Neyliyim uşaq tək ağlıyım, yəni
Bir gün gedəcəksənsə gəldiyin kimi
Bilirəm gedişin yıxacaq məni,
Bir gün gedəcəksənsə gəldiyin kimi
Həsrətinin alovu yaxacaq məni
Bir gün gedəcəksənsə gəldiyin kimi
Zorla gözəllik olmaz bilirəm
Bir gün gedəcəksənsə gəldiyin kimi
Boş quyu tökməklə dolmaz bilirəm
Gedəcəksən dönmədən geriyə bir an,
Axı niyə? deməyə verməyib imkan
Tək mənim sevgimlə olsaydı inan
Geri qayıdardın getdiyin kimi.