HojjatChalabi

Yeni çap olacaq kitabımdan xəbəriniz var ? Çox yaxında şeirlər və hekəyələrlə dolu “Ölü Bulud” gəlir . :)

HojjatChalabi

Yağışın qup-quru dodaqlarından öpmək idi , səni sevmək .
          Günəşin qızmar dərələrindən su içmək idi , səni sevmək .
          Allahın qarşısından boynu bükük keçmək idi , səni sevmək .
          Gedəcəyim yerlərdən gəlmək idi
          Öləcəyimi bilmək idi
          O biri dünyaya köçmək idi
          Öz adımdan , öz ruhumdan , cənnətimdən getmək idi
          Səni sevmək