Sizlər üçün gələcək bölümdən qısa alıntı 🤍🫠
"Lider olmağa hazırsan, Qara Nərgizim?"
Əlimi qaldıraraq alnının sol tərəfindəki kiçik çapığı sığalladım. Barmaqlarımın altında həmin çapığın boşluğunu hiss etdim. Uzun-uzadı əvvəlcə o izə, sonra isə onun gözəl gözlərinə baxırdım. İndi o gözlərdəki yaşıllığı qəhvəyi rəng əsir almış, məni də özünə əsiri etmişdi.
"Hər şeyə hazıram. Səninlə artıq ortağam, İtalyan mafiya babası."
Leonun göz bəbəkləri parıldadı. Əlini qaldırıb alnında olan əlimin biləyindən tutaraq onu yavaşca aşağı endirdi. Sonra ovucumun içindən öpdü. Kirli, qısa saqqalının dərimə toxunuşu ovucumun içini yüngülcə qıdıqladı və içimdə xoşbəxtlikdən açan o kiçik filiz bir az da boy atdı.
"O zaman bu ilk öpücük möhürümüz olsun, mənim Qara Nərgizim."