JasminSRK

"Beyin insan bədənin cəmi 2%-ni təşkil edir, amma insan bədənində ən önəmli parça odur. Çünki 70-80 illik insan həyatını bütün acı xatirələri xatırladaraq zəhər edir bəzən də mənimki kimi cəhənnəmə çevirir. 
          	Alimlər deyir ki, beyin heç vaxt yatmır. Lənətə gəlsin ki, o həqiqətən də yatmır! Gündüzlər əzab verən xatirələrim gecələr öz növbəsini yuxulara verir. Yuxular isə mənə onu gətirir. Onun yanımda olmadığı gerçəyi isə səhər istəmədən gözlərimi aralayıb bunun yuxu olduğunu anladığım saniyə üzümə şillə kimi sərt nüfuz edir."
          	 #UnutsamXatırlat kitabının 5-ci ( gələcək ) bölümündən.

Ayla9922

Salam hörmətli yazar məndə kitab yazıram. Azərbaycanlı yazıçılarımızın bir-birinə dəstək olmağı üçün qrupumuz var. Beləliklə Azərbaycan yazıçıları bir-birinə dəstək olacaq və kitablarımız daha çox tanınacaq. istəsən burdakı linkə daxil olub mənimlə əlaqə saxlaya bilərsən. 
          
          
          https://www.instagram.com/ayla889922?igsh=d2l1YmFpemJ3OGZp

JasminSRK

"Beyin insan bədənin cəmi 2%-ni təşkil edir, amma insan bədənində ən önəmli parça odur. Çünki 70-80 illik insan həyatını bütün acı xatirələri xatırladaraq zəhər edir bəzən də mənimki kimi cəhənnəmə çevirir. 
          Alimlər deyir ki, beyin heç vaxt yatmır. Lənətə gəlsin ki, o həqiqətən də yatmır! Gündüzlər əzab verən xatirələrim gecələr öz növbəsini yuxulara verir. Yuxular isə mənə onu gətirir. Onun yanımda olmadığı gerçəyi isə səhər istəmədən gözlərimi aralayıb bunun yuxu olduğunu anladığım saniyə üzümə şillə kimi sərt nüfuz edir."
           #UnutsamXatırlat kitabının 5-ci ( gələcək ) bölümündən.

JasminSRK

" "O dünya" deyə bir yer vardı. Oradan heç vaxt sevdiklərimizi geri qaytara bilməyəcək qədər uzaq olan o dünya... Ümidsizcə dualar etdiyimiz, bizi oradan eşidib-eşitmədiyini belə bilmədən ürəyimizdə onlarla söhbət edib əsla cavab ala bilmədiyimiz o dünya... Ora gedən yollar bəlli deyildi, lakin istəsək bir addımlığımızda idi. Ora elə bir yer idi ki, həyatımız boyu tanıdığımız, sevdiyimiz bütün əziz insanlar ən sonda ora gedirdi. Biri tez, biri gec... Amma mütləq gedirdi. Ardına baxmadan gedirdi, qırdığı qəlblərə təskinlik vermədən gedirdi, son dəfə "sağ olun" demədən gedirdi, sözlərimizi ürəyimizdə qoyub gedirdi. "
          
          ©Yalnızlar küçəsi.

JasminSRK

Dostlar, fikrimdə o qədər ssenarilər var ki. Hansı ilə başlasam bilmirəm. Deməli belə, Son dəfə adli hekayem bitdikden sonra yenə baş rolları Koreyalı olan bir hekayə və bir də baş rolda artıq 15 ildir fanatı olduğum aktyor Shahrukh olan bir hekayə yazmaq istəyirəm. İşim çoxdu çoooox :)))

JasminSRK

@ JasminSRK  İnşallah. Beyenmenizi cox isterdim
Antworten

ooinone

@JasminSRK maraqlı olacaq deyesen *_*
Antworten

ooinone

Ruh adlı hekayəni sildinizmi yoxsa?! ㅠ_ㅠ oy verdikcə hekayə bulunmadı deyən wattpadın problemi olduğunu düşünmüşdüm mən oysaki :(( 
          Hekayə çox maraqlı idi. İndi mən sonluğu, Helionun niyə elə davrandığını ya da Laylanın valideyinlərinin başına nı gəldiyini düşünüb duracağam ㅠㅠ ㅠㅠ

JasminSRK

@LaleEyyubova Layla idi silmisem hekayeni
Antworten

ooinone

@ JasminSRK buna çox sevindim ☆_★ uğurlar sizə və səbrsizliklə  gözləyəcəm yeni hekayənizi~~ ^^  
Antworten

JasminSRK

@ _haneul  inşallah. tesekkurler can. mene destek olduğunuz ucun ayrica tesekkur edirem
Antworten