☆"SONSUZLUĞA SƏYAHƏT"-(psixo-dram, sirr). Bu, yazdığım ilk povestdir. Povestdə mövzu nisbətən geniş olduğu üçün bir çox problemlərə toxunmuşam: vicdan əzabı, kapitalizmin zərərli üzü, siqaretin ziyanları, əsgərlərimizə qarşı zabit zorakılığı və s.
☆"GÜNAHKAR"-(psixoloji-dram). Bu hekayə vasitəsilə ötürmək istədiyim mesaj budur: insanlara qarşı içimizdəki nifrət, kin, qəzəb dolu fikirlərimizi onlara püskürtməmişdən öncə xatırlamalıyıq ki, biz də onlardan biriyik və heç də günahsız deyilik.
☆"MÜŞĞÜL"-(sirr, dram). Bu hekayəmdəki baş qəhrəmanlar azyaşlılar olsa da əsas ötürdüyüm mesajımı xüsusi olaraq müəyyən yaşlı insanlara deyil, hər kəsə xitab etmişəm. Heyvanların da canlı olduğunu və onlara işgəncə verilməsinə bir növ öz qələmimlə qarşı çıxmışam.
☆"DÜŞMƏN"-(psixoloji-dram). Çoxlarınızın bu yazımdan xəbəri yoxdur. 20 yaşlarımda İlk yazdığım roman idi və hal-hazırda nöqsanlarının çox olduğunu düşündüyümə görə onu sizinlə paylaşmıram. Gələcəkdə yığcamlaşdırıb povest və ya hekayə halına salmağı, eləcə sizinlə paylaşmağı düşünürəm. Onu heç vaxt atmaram, Çünki həvəskar olaraq hər adamın yaza bilməyəcəyi bir mövzunu qələmə almışdım. Romanda sətiraltı - spirtli içkinin zərərlərini və insanın ən böyük düşməni elə özü olduğunu göstərməyə çalışmışam.
☆ƏLCƏK- sevgi. Bu hekayədə kor-koranə sevməyin zərəli ola biləcəyi mesajını ötürməyə çalışmışam.
Gördüyünüz kimi, bu sahədə peşəkar olmasam da gördüyüm işə məsuliyyətlə yanaşıram və nə vaxtsa ən rahat bir janr seçsəm belə yenə də məni narahat edən məsələləri daim qabardacağam☺.