Kim_Diayung

- Biz arzuladığımız insan deyilik. Cəmiyyətin tələb etdiyi insanıq. Biz valideynlərimizin istədiyi insanıq. Kiminsə məyus olmasını istəmirik,sevilməyimizə çox ehtiyacımız var. Buna görə də ən yaxşı tərəflərimizi boğuruq, xəyallarımızın işığı kimi gördüklərimiz yavaş-yavaş kabuslarımızın canavarına çevrilir. Bunlar dərk etmədiyimiz şeylər, yaşamadığımız imkanlardır.

Kim_Diayung

- Biz arzuladığımız insan deyilik. Cəmiyyətin tələb etdiyi insanıq. Biz valideynlərimizin istədiyi insanıq. Kiminsə məyus olmasını istəmirik,sevilməyimizə çox ehtiyacımız var. Buna görə də ən yaxşı tərəflərimizi boğuruq, xəyallarımızın işığı kimi gördüklərimiz yavaş-yavaş kabuslarımızın canavarına çevrilir. Bunlar dərk etmədiyimiz şeylər, yaşamadığımız imkanlardır.

Kim_Diayung

- Balaca olduğumda dünya mənə necə də təhlükəsiz gəlirdi.. Düşüncələrimdə əsla pis sonluqlar olmazdı. Heç nə məni yaralamazdı. Böyümək istəyirdim,böyüyüb kimsə olmaq istəyirdim,öz həyatımı qurmaq,öz ayaqlarım üstündə durmaq istəyirdim. Böyüdüm və "təhlükəsiz" sandığım dünyanın əsl üzünü gördüm. Artıq böyümək istəmirəm,həyata çəhrayı gözlüklərlə baxan o balaca qız olmaq istəyirəm.. Çünki böyüdüyündə dünya artıq pisliklər və bilinməzliklərlə dolu olur.. 
          Və məhz belə bir dünya bizi həm güclü edər,həm də sındırar. Dəqiq deyə bilərəm ki,güclü olmazdan öncə səni sındırarlar,hissələrə bölərlər. Hisslərini paramparça edərlər. Paramparça olacaqsan. Sonra isə parçalarını digərlərindən,səni yaralayan insanlardan götürməyə başlayacaqsan. O zaman düşünəcəksən:" bunlardan hansı mənim-özüm idi,hansını mən başqalarına fayda vermək üçün yaratdım?"... Bundan sonra özünü itirdiyini anlayacaqsan. Bundan sonra heç kimə,özünə belə nə hiss etdiyini deyə bilməzsən. İnsanlar "səni anlayıram" deyər. Bilirsən mi,belə bir situasiyada ən çox yaralayan nədir? Ətrafına baxırsan,ən yaxının belə nə çəkdiyini,hisslərini anlaya bilmir... Və sən bütün hisslərini bir dəfəlik dəfn edib,ömürlük itirməyə hazır olursan...
           #°BirQızınGündəliyindən°

Kim_Diayung

- Cəhənnəm olsun,məni satan o "dostlarım"!
          Cəhənnəm olsun,məni incidən hər kəs!
          Cəhənnəm olsun,sirrlərimi başqasına danışan o rəfiqəm!
          Cəhənnəm olsun,mənə yalan danışan hər kəs!
          Cəhənnəm olsun,mənə dəyər verməyən o dostum!
          Cəhənnəm olsun,hamısı.. Hamısı..!
           #Getmə... Cəhənnəm ol!

Jeon_Jema

@ Kim_Diayung  noldu lan? Kim yaptı bunları sana? Kimmiş o kötü? 
Reply

I_Tae_hyung

@ Kim_Diayung  var olsun həyatımızı mənalı edən insanlar !
Reply