Kim_Remi23
Melodiya sadəcə bir səsə, zaman bir təsirə, duyğular mənasızlığa çevrildi. Mənzərələr marağımızdan uzaq guşələrə gedirdi, hərəkət etsə belə dəyişimdən uzaqlaşmışdı. Yaxşı və pisin vəhdəti uydurma deyilsə, yoxoluşun onu aparmayacağını deməlisən. Bu rəqabəti heç vaxt qazanmadıq, bu rəqabəti yaratmadıq, təsirimizin sərhədlərini ölçmək üçün heç göz gəzdirmədik, qorxduğumuz sərhədlərimizin olmağıdırsa, niyə haqlı olduğunuzu başa düşürəm artıq, amma sözlərinizə güvənmirəm heç vaxt. Hər cür sərhədsizliyə hazıram ancaq sərhədlərimi müəyyən etməkdən məhrumam. Bu azadlıqdırsa, heç vaxt olmayacaq, bu döngünün sonudursa, heç vaxt olmayacaq. Planım 23 dəfə saymaqdır, ona görə də nə olduğundan asılı olmayaraq gəlməlisən.
Kim_Remi23
gəlirəm 23 olmadan gəlirəm, bütün peşmanlıq və hər şey olaraq həmdə ən boş halda. çünki önəmli olan önəmsizlikdə hər kəsin yanında rahat əyləşmək idi, ümid deyildi bildiyini hiss etmək idi, eynən illuziya kimi. Hər şeyin yaxşı olduğu bir illuziya, əlimin altında yazarkən hiss etdiyimi melodiya kimi, nə çalmır nə eşidilmirdi. Əlində qalan boş bir illuziya oldusa əgər ilzəməyə davam et, özlüyün olmadan, çünki hər şey gələcəyə bağlı olmayacaq, heç bir şey varlığa çəkilməyəcək, hər şey heçlikdə qalmayacaq, iki tərəf də, cavablar da heç biri yerində durmayacaq, dayanmamaq üçün var olacaqlar, inkar edəcək günlərin sonu gəlməyəcək.
•
Reply