Qız övladı istəmirəm, qız dizini qırıb evdə otursun, qızını döyməyən dizini döyər, gəlin alaq bizə qulluq eləsin, qız evin süpürgəsidir kimi deyimlərin dillər əzbəri olduğu bir ölkədə qadın olmağın çətinliyini bilən və yalnız 8 martda 1gün qismən üzü gülən bütün qadınların bayramı mübarək. Qadın sözünün yaraşdığı, sözün ağırlığını dərk edən bütün qadınların,xanımlarımızın hər günü bayram olsun. Siz varsınız ki, biz də varıq. Ətrafımdakı bütün xanımları təbrik edir, hamısına xoş arzularımı çatdırıram.