MehribanKerimova
Ən son bir il əvvəl göz atdığım wattpad hesabımı açan kimi gördüyüm ilk şey ekranın sağ üstündə, balaca, guya məni simvolizə edən fotonun təpəsindəki yumru qırmızı nöqtə oldu. Üç bildiriş, üçü də eyni : "hekayəmizi oxuyun". Bundan illər əvvəl bu qırmızı yumru nöqtənin mənə gətirdiyi qarışıq hissləri xatırladım bir anlıq. Eyni həyəcan, eyni maraq və acgöz tələskənliklə açılan bildiriş paneli gəldi gözümün önünə. Cəld, nəfəsimi tutaraq oxuyub keçdiyim mesaj və rəyləri təkrar-təkrar oxuduğum anları xatırladım, birinci özümün sonra onu yazanın səs tonu ilə. İlk sevgimdən aldığım mesajlar da gəldi ağlıma. Günlərlə yazmasam da, mütləq ki, o qırmızı nöqtəni görəndə əlimin ayağıma dolaşdığı mesajlar. Bax beləcə, xoş , qəribə xatirələrimlə baş-başa qaldım...
RvanSfrli
@MehribanKerimova qələm gözəl olanda nə zaman yazdığının önəmi yoxdur.Mütləq düşüncələrini susdurmaq üçün yazan nadir istedadların qəlbinə toxunacaqsan
•
Reply