Deyəsən, ayrılıq vaxtı gəldi çatdı. Keçmişdən, hələ də 12 yaşdan bu yana izlər daşıyan bir xatirədən ayrılmaq qəribədir. İnsanı insan edən onsuz keçmişdir. Bu gün silirəm artıq buranı. Hər şeyiylə gözəl idi. Son dəfə kitapxanamın tozlu rəflərində gəzdim, itirdiyim kitapları axtardım, Keçmişdən bu günə əlimi buraxan tanıdığım insanların səssiz məzarlığa oxşayan hesablarına baxdım, bütün gözəl xatirələrimi xatırlamağa çalışdım. Gülməkdən öldüyüm, ağlamaqdan gözlərimin şişdiyi, romantikadan ürəyimin əsdiyi, içimin titrədiyi, sonsuz senarilər ürətdiyim, axmaq kimi heç nə düşünmədən oxuduğum, sadecə oxuduğum bütün o xatirələr doluşdu zehnimdə. Və indi getmək vaxtı. Buralar artıq doğma gəlmir, və sshifələrdən həyəcan alovları qəlbimi sarsmır. Belə olur da, giriş, əsas hissə və nəticə. Üzücü deyil bu, əksinə hüzur vericidir. Nə yaxşı hər şey belə oldu. Nə yaxşı. Tamam, bu günə kimi yaşadığım bütün hissləri və qəlbdən səmimi bir təbəssümü özümlə aparıram sadecə. Sağ olun uşaqlığımın, yeniyetməliyimin və gəncliyim ilk çağları,gözəl anları. Əgər bir gün buraya gəlib də məni axtaran bir dost olsa, eynən uzun karvan yollarında su axtarmaq üçün quyulara qab sallandıran bədəvilər kimi, bilsin ki o quyudaki suyu göy üzündən yağış gətirəcək ona. Quyunun qaranlığında yansımasını axtarmasın, göy üzünə baxsın, çünki mən də baxacam. Əlvida, 7Angel, əlvida. (^_^)