Uzun müddət gözlədiyiniz birinə qovuşduğunuzu düşünün. . Səsinin tonuna, sözlərinə, sizə olan sevgisinə, şəkillərdəki gözlərinə aşiq olduğunuz birinə... Aylarla həsrətində olub, ümidlə gözlədiyiniz bir günün yetməsini... Sizə uzaqdan hisslərini ən yaxınınıza qədər ötürməyi, göz yaşları ilə içinizi parçalamağı, sevgisi ilə həyatınızı dəyişməyi bacaran birinin ilk dəfə gözlərinin içinə baxa bildiyinizi düşünün. Toxuna bildiyinizi... Həyəcandan əsən əllər, titrəyən odlu nəfəs, kövrək səs, tez çatmaq üçün qan tər içində qaça-qaça gələn birini düşünün... Saniyələrin belə keçməməsini arzuladığınız, o anın bitməməsi üçün yalvardığınız, qopa bilmədiyiniz, ilk fürsətdə sizi öpmək üçün can atan birini düşünün... Sevdiyinizlə ilk görüşü təsəvvürünüzə gətirin... Hələ də bilmirsiz xoşbəxtlik nədir?!