Yuxuya gedirəm deyəsən. Mehin vurur yavaş-yavaş yastığın sağ küncündən.. Səsini eşidirəm mülayim və astaca..Yox unutmamışam deyəsən səsini.. Gözlərini axtarıram tavanda .. Gülürsən deyəsən mənə otaqda.. Nəyə gülürsən ay insafsız ? Ağlamalı deyilsən mi bu halıma ? Heçolmuya gözümə görsən bir dəfə..
Çək əlimdən məni olduğun boşluğa.
.Üşüyürəm burda belə tək, belə yalnız..Çox soyumuşam deyəsən həyata, isitmir içimi nə tütün , nə çay.. Qanım soyuyub deyirlər mənim .. Sənə möhtac qalmışam.. Gəl artıq yuxuma .. Yoxluğundan donuram , yuxu şirin gəlir ancaq öldüyümün fərqində deyiləm deyəsən…