Əssalamünaleyküm, gecənin bir yarısı sizlərə müraciətlə yazı yazıram. Bu dünyada müharibə bitmir... Hansı hissəyə baxsaq, qan və vəhşət! Mən azərbaycanlıyam və bizim da durmadan qanayan bir yaramız var, adına Qarabağ deyirlər... Bəlkə də haqqında bəzilərinizin xəbəri var. Hal-hazırda bizdə döyüş gedir, düşmən yenə öz məkrindən əl çəkmir, yenə hansısa ocaqlar sönür, matəmdir, yenə analar, gəlinlər, övladlar gözüyaşlı...
Ermənilərə qarşı Allahın izni ilə bu müharibədən qalib çıxacağıq. Buna inancım tamdır. Çünki Haqq əyilər, ancaq bükülməz! Şəhidlərimiz var, yaralılarımız var indi, sizlərdən bolca dua istəyirəm... Əlinizdən gəldiyi qədər yayaraq daha çox dua edilməsinə vəsilə olmağınızı istəyirəm, bir yumruq kimi birləşməyimizi istəyirəm! Duanın açmayacağı qapı yoxdur. Rəbbim əsgərlərimizi qorusun, Vətənimizi qorusun! Heç bir anaya bala dağını göstərməsin, inşallah. Əlimizdən gələn duaya sarılıb, təvəkkül etməkdir. Bizlər duanın qalxanına sığınmış durumdayıq, kafirə qarşılıq ən böyük sığınağımız, şübhəsiz ki, O'dur.
Dua edən, dilindən Qarabağı, Azərbaycanı düşürməyən, bu çətin günlərdə yanımızda olan hər kəsdən Rəbbim razı olsun, inşallah!