Sevgili Aidəm, əziz Aidəm. Necəsən, nə edirsən? Uzaq məsafə dostunun soruşa biləcəyi minimal sual anbarından incilərdir bunlar. Bilmirəm axı, indi nə düşünürsən, nə ilə məşğulsan, bir azdan hara tələsəcəksən. Bildiyim odur ki, nə olursa olsun, ümidimi itirmədən məni sonuna qədər dəstəkləyəcək qəlbsən uzaqlarda bir yerdə. Sayəndə tək hiss eləmirəm özünü, Allah canını sağ eləsin :)
Gələk əsas məsələyə. Düzdür, gec ayıldım. Subliminal mesaj tutmaq üçün hələ tam formalaşmayıb uşaq beynim, üzrlü hesab edərsən. Ancaq yalansız palansız, günlərimi sayırdım təbrik etmək üçün. İndi deyəcəyim sözləri də uzun müddətdir fikirləşirdim. Allah beni ne etmesin.
Ad günün mübarəkdi, əzizim. Bir yaş daha olgunlaşdın, irəli atıldın. Çoxları buna qocalmaq kimi yanaşır təəssüf ki, ancaq özün də bilirsən, yaşlanmaq aqillənməkdi, təcrübələnməkdi. Bir il əvvəl qarışıq, darmadağın zehnin tufanlar içində başını itirmişdisə, indi daha sakit, daha səliqəli, daha diqqətli düşünə bilirsən, buna inanıram. Həyatında baş verən əsrarəngiz hadisələr üçün xüsusən sevinirəm Aidəmm. Və ümidvaram ki, bundan sonra relsə oturmuş duyğu-düşüncə kompleksi sənin üçün daha anlaşıqlı olar. Çünki mən bilirəm, gələcəkdə hələ çox qərar qətiləşdirməli olacağıq, hələ çox çətinliklərə sinə gərməli olacağıq. Amma sıxma o gözəl ürəyini. "Unni"n sənin yanındadı, əlini də qoyub çiyninə, qəti narahat olma. Sənə indiyə kimi mənə bəxş elədiyin təmənnasız sevgi və sayğıya görə təşəkkür eliyirəm. Yaşadığın zaman ərzində səninlə bərabər addımlamaq üçün çix həyəcanlıyam. Həyatında uğurlar, sevgi, məhəbbət, xoşbəxtlik və ən əsası şövqlü təbəssüm əskik olmasın birdənəm. Yeni yaşın mübarək.