Parapsixoloq

Çoxdandı gəlmirdim. Mən vəfasız, yenə boğazıma qədər dolduğuma görə bura sığınıram. Son və ən çətin midtermə hazırlaşıram, saat gecə 2.40, xüsusilə mənəvi olaraq çox ağır yorğunam, çox həssasam. İndi bizim musiqilərimizi dinləyirəm. Mirzə Babayevin, Eyyub Yaqubovun şən mahnılarını dinləyərkən, deyəsən, yüngülvari limitə çatdım. Stəkanın başından iki damcı töküldü kənara. Ondan sonra sakitləşdim, həmişəki kimi. İki damcı kifayət etdi müvəqqəti toparlanmağa. İndi də keyimişəm, bomboş və yorğun gözlərlə baxıram sadəcə. O iki damcıda gedən nələr oldu hələ bilmirəm. Yaxşı olacaq.

Parapsixoloq

Ona "Balaca Şəhzadə" kitabını almışdım, o zamanlar oxumamışdı deyə. Hədiyyəni verərkən oxuduğunu öyrəndim. Daha sonra tapşırdım ki, kitabı özəl bir yerdə saxlasın, korlanmasın, itməsin. Kitabın içinə bu sözləri və əlavə olaraq bir qeyd də yazmışdım, "Səbəbini zamanı gələndə biləcəksən."
          
          Evə qayıdış yolunda kitabdan yenə söhbət düşdü. Dedi, o kitabı bağışlayacam. Düzü, məyus oldum və qıcıqlandım ilk eşidəndə, hətta dilə də gətirdim ki, sənə dedim axı yaxşı saxla, kimsəyə vermə. Dedi, "Zamanı gələndə bağışlayacam, bir uşağa."
          
          :')

Parapsixoloq

Salam. Uzun müddətdir buralarda deyildim, ara-bir gəlib dəysəm belə, səssiz idim. Son günlər içim bəzi hisslərlə coşub-daşarkən bir qeyd buraxmaq istədim. Gələcəkdə övladlarım olanda birinin adını Təbriz, birini Turan qoyacağam.  :')

Parapsixoloq

Onu ve sevgisini bir kitabımda saklayacağım. Yolun sonuna gelecek olsak bile, böyle kolayca silip atamam onu. Kalbimde yaşatmadan vedalaşamam. Sanırım, bir gün ben de "Yanındakiyle yaşar, aklındakiyle ölürsün" durumunu yaşamak zorunda kalacağım. Çünkü böylesi özel bir adamı ben unutamam. Unutmak, ihanet olur. Sevgime, sevgisine. Şartlar gereği bir arada olamıyor olsak bile... Seni unutmayacağım canımın içi.