Bağışla
Gəl otur qarşıma sənə söz deyim,
Vaxtını alacam məni bağışla.
Qarşında la dinməz sakit dayansam,
İtirsəm özümü məni bağışla.
Baxanda gözünə ürəy dayanır
Baxışın ağlımı başımdan alır.
Ürəyim eşqinin oduna yanır
Unutsam sözləri məni bağışla.
Hərdəfə görəndə səni gözəlim
Titrəyir bədənim titrəyir əlim
Aşiqəm vurğunam sənə a dəlim
Həddimi aşdımsa məni bağışla.
Bəlkədə mən səni sevə bilmədim,
Bəlkədə özümü sevdirəmmədim,
Mən sənsiz heçvaxt gülə bilmədim.
Səni mənsiz qoydum canım bağışla
Nəsə ağlıma bir söz gəlməyir
Yenədə sözümü unutdum deyən
Ürəyim hayqırır didaq dinməyir
Vaxtını alıram məni bağışla.