ShahramSadiq
Link to CommentCode of ConductWattpad Safety Portal
Bir az gec oldu, amma davamlı olaraq bu hekayəni yeniləməyə çalışacam.
Xoş mütaliələr və fikirlərinizi əsirgəməyin
https://my.w.tt/8vKnxpLwB8
ShahramSadiq
Bir az gec oldu, amma davamlı olaraq bu hekayəni yeniləməyə çalışacam.
Xoş mütaliələr və fikirlərinizi əsirgəməyin
https://my.w.tt/8vKnxpLwB8
ShahramSadiq
Həəə. Gəldik, əsas məsələyə. Wattpad Azerbaijan səhifəsində yarışma ilə bağlı post görəndə, ilk başda çox sevinmişdim. Çün, ölkə üzrə tanınmayan yazarların yarışacağı bir yer səhranın ortasında görünən su bulağı kimidir. Dəyərli, ən çox istənən və vaz keçilməzdir. Ancaq vay o hala ki, o bulaq hallüsinasiyadan ibarət ola. Təəssüf ki, bu yarışma da elə oldu. Susuzluqdan yanırdım, gəldim gördüm ki, elə bu sunun özü bayaqkıdan daha qızmar qum yığınıdır. Mən işlərimi hər zaman axıra saxlayan biriyəm, ya son gün edərəm ya da iki gün qalmış. Sözümün canı, yarışma üçün də ideya olsa da son günlərə saxladım yazmağı və son günlər başıma elə şeylər gəldi ki, hekayə zəif olsa da yarışdan çəkilmək istəmədim. Məqsədim qazanmaq və qalib olmaq deyildi, sadəcə "Mən də burdayam, varam" demək istəyirdim. Dəyərləndirmə zamanı gələndə gözlərim hədəqəsindən çıxıb, salto vurub təzədən yerinə qayıtdı. Bəylərin rəyinə nəsə sözüm yoxdur. Həmid bəyi uzun zamandır tanıyıram və çox yaxşı ədəbiyyat bilgisi eyni zamanda ədəbi tənqidi olduğundan məlumatlıyam. Lap ora 2 bal da yazsa "cıqqımı" çıxarmazdım. Ancaq, lakin, fəqət münsif xanımlardan biri gəlib 1 bal verdi və qayıdıb dedi ki, "başlıqda söyüş gördüm, oxuya bilmədim, 1 bal". Bu məsələyə qayıdacam yenidən.
ShahramSadiq
@ __Agzamanli__22 haqsızlıq yox da, təcrübəsizlik və təşkilatın çox aşağı olması
•
Reply
ShahramSadiq
@ slenderrrr bəy, təəssüf ki, paylaşımınızdakı kommentləri tam görə bilmirəm. Ancaq tənqidi qəbul etməyib, tənqid edənə demoqoq demək, heç zad))
•
Reply
ShahramSadiq
Yarışamaya uyğun mövzu üzrə hekayəmi paylaşdım. Xoş mütaliələr və hər kəsə uğurlar :)
https://www.wattpad.com/myworks/234457016/write/926450222
ShahramSadiq
Dostlar, zəhmət olmasa bildirin, hekayənin bütün dörd bölümü də görsənirmi? Telefonumda problem var deyə, kompüter vasitəsilə yayımı etdim elə də hakim deyil Wattpad-a. Təşəkkür edirəm, öncədən
•
Reply
ShahramSadiq
Yeni şeir paylaşıldı. Rəylərinizi gözləyirəm
https://www.wattpad.com/story/229618625
ShahramSadiq
Pahooo olmadı ki. Çox passivsiz bu dəfə, çox
https://www.wattpad.com/story/231476492
ShahramSadiq
Dostlar, qısa hekayələrimi bir yerə yığıb hissə-hissə sizinlə paylaşmağı qərara aldım. İlk hekayə olaraq "Yumurta Qabığı" adlı yeni hekayəmi bölüşürəm sizlərlə. Baxıb, fikir bildirməyi unutmayın Xoş mütaliələr
https://www.wattpad.com/story/231476492
ShahramSadiq
Yeni bölüm paylaşıldı, dostlar. Avark, Şeytan, İnsan irqi arasındakı müharibə və daha sonra baş verəcəklər diqqətinizi çəkirsə, buyurub gəlin. Çox qonaqpərvərəm, çay da süzmüşəm sizə
https://www.wattpad.com/story/228912013
ShahramSadiq
Olmur, vallah, olmur. Wattpad elə əvvəl necə idisə indi də elədir. Romantikaya bir sözümüz yoxdur, mənim də şeirlərimin bir çoxu romantikdir (hekayələr fantezi, qorxu janrındadı), amma "başuza dönüm" standart, hər kəsə məlum sevgi hekayələrini yazmayın, yazmağınız cəhənnəmə bunu niyə öz dilinizdə yox türkcə edirsiz? Desəm ki, türkcə C1 ya da akademik səviyyədəsiz xətrimə dəyməz, amma seriallardan, kitablardan öyrəndiyiniz türkcə ilə kitab yazılmaz. Zorla hekayələrə ulduz verdirib, reytinqə salmaq da bir zada yaramaz. Kitab yazmaq hər kəsin bacaracağı işdi , sadəcə bir şərt var- oxumaq. Birinci kursda yazdığım hekayələrin bayağılığına baxıb özüm özümə gülürəm bəzən.
Bu arada platformada oxuduğum yeganə yazar Emin(Uraqan) bəydir. Mistika, fərqli qələm, standartdan kənar, bayağılıqdan uzaq mövzulardır hamısı.
ShahramSadiq
@ SabinaSergeyevnaHaci düşüncə dəyişilməlidir, düşüncə. O dəyişilməsə nəsə düzələn deyil
•
Reply
ShahramSadiq
Yeni bölüm paylaşıldı, dostlar Oxuyub, fikir bildirməyi unutmayın. Xoş mütaliələr :)
https://my.w.tt/iI86ejj2s7