Bir tərəf digərini yalnızlığında, digər tərəf isə qəlbində sevirdi.
Hansı ki, tək qaldı yadına düşür, sevməyə başlayırdı. Çünki, yalnızlığını onunla paylaşırdı.
Hansı ki, harda olsa ağlında idi, ruhu onu axtarırdı. Çünki, varlığında onu tapmışdı.
Bir tərəf digərini yalnızlığında, digər tərəf isə qəlbində sevirdi.
Hansı ki, tək qaldı yadına düşür, sevməyə başlayırdı. Çünki, yalnızlığını onunla paylaşırdı.
Hansı ki, harda olsa ağlında idi, ruhu onu axtarırdı. Çünki, varlığında onu tapmışdı.
Bəzən bir şey paylaşarsan azalar toz olar, bəzən yığılar dağ olar. Bir söz deyərsən min anlam, bir söz də deyərsən mənasız. Hamısı da ya səni ucaldar, ya da məhv edər...
Oxuduğum zamanı deyə bilmərəm amma sonrasında və iş həyatında bir çox insanla qarşılaşdım və davam edir bu. Artıq təəccüblənmərəm dediyim yerdə təəccüblənir, gülmərəm dediyim yerdə gülür, qəzəblənmərəm dediyim yerdə əsəbiləşir, səbrsizlənmərəm dediyim yerdə özümdən çıxdığım və daha çox hisslər keçirdiyim vaxt olur. Başa düşürəm ki, məni mən edən, xarakterimi formalaşdıran elə bu hisslərdir ən əsas seçimlərimdən sonra
Pəncərədən izləyən mən, şüşənin digər kənarında bir ailə. Nəyəsə görə uşaq ağlayırdı. Anası, atası və nənəsi. Danışır uşaqla dil tapmağa çalışırdılar. Nə əsəbləşmədən, nə vurmadan, nə acılamadan, nə də səbrsizlənərək. Nəhayət uşağın ağlamağı dayandı. Valideynlər uşağı öpərək yollarına davam etdilər.
Aynanın əks tərəfində olan mən isə bunları qısqanclıqla və həsədlə izlədim...
Çovğunlu hava. Eyni yerlər, köhnə xatirələr. Amma hissi davam edir köhnə demək doğru deyil bəlkə. Hava üşütmürdü. Taa ki, təsadüfi küçədən keçərkən təsadüfi yazıya rastlayana qədər:
"Hər şeyim ol, heçkimsəm onsuz da çox!"
Düşündüm, çoxdan o çoxluq cərgəsinə qarışmışıq ikimiz də...