https://www.wattpad.com/1125390204-s%C9%99rxo%C5%9F-x-q%C9%99d%C9%99h
"...Zərif barmaqları ətəyini möhkəmcə sıxır, əhəng kimi ağarmış simasıyla eyni rəngə bürünürdü. Sanki, qızın bütün qanı çəkilmişdi. Sinəsi elə asta tərpənirdi ki, nəfəs aldığını hiss eləmək olmurdu. Təkcə qulağı qızarmışdı. Xüsusən də sağ qulağı. Elə bil, kimsə ona yaxşıca bir şillə ilişdirmiş, qızartısı indiyə kimi çəkilməmişdi. Astaca tərpənən sinəsi, qıpqırmızı qulağı olmasa, Ofelianın öldüyünü düşünmək olardı. Onun yaşadığını sübut edən yeganə əlamətlər bunlar idi. Bir də bir neçə dəqiqə sonra ağzını geniş açıb, acgözlüklə ciyərlərinə çəkdiyi nəfəs..."
Peru sevənlərə! "Sərxoş: X. Qədəh" artıq yayımlandı. Bəyənməyiniz ümidilə...
Signor Bayramlı Məhəmməd