qangren

gecəmiz xeyir ilə qalsın. gözlərim atır dünəndən, deyəsən yatmaq vaxtıdır.

qangren

gecən xeyirə
Reply

qangren

gecəmiz xeyir ilə qalacaq
Reply

qangren

gecəmiz xeyir ilə qalsın
Reply

qangren

Zəngini gözləyirəm...zəngini
          Bax, tarix telefonu kəşf etməklə heç nəyi dəyişmədi əslində:
          Sadəcə, gözləməyin daha bir növünü yaratdı...
          Həyatsa səni ömrümdən almaqla ağrımağın özünü yaratdı.
          Həyətə baxıram...həyətə
          Əkdiyin ağac bir gün yonulub tar olacaq
          Mən də köynəyimi o tarın səsindən asıb qayıdacam.
          Fincandakı suyun bir gün qar olacaq
          Mən də şərfimi o qarın izindən asıb qayıdacam...
          Və bir gün mütləq... bir gün mütləq
          “Dur, əzizim... dur keç ömrümdə yat” deyib səni həyatdan oyadacam.
          Yaxşı... olsun, sən deyəndi, sən deyən:
          xatirələr yırtıcıdı, xatirələr quduzdu...
          Amma bil ki, biz
          “Sevgi kimdir” əvəzinə “sevgi nədir” sualını verəndə uduzduq.
          İndi həyata baxıram...həyata
          Və baxıb görürəm ki:
          Yoxluğun ən böyük ölçü vahidi sənsən..

qangren

səni təsvir edə bilmək neçə milyon misra istəyir məndən, bir bilsən sevgilim.
          kirpiyindən tut bədənindəki yaralara qədər möcüzəlisən sən və baxmayaraq ki öncə səsin idi diqqətimi çəkəm. sənin o  məlahətli səsin. bağçada qaçan yetim uşaqlar var, sahiblənilməyi gözləyən. onları sahiblənəcək ailələr kimi sahiblən məni, sar bədənimi. dolaşsın səsin boynumda. yenə de ki “çox darıxmışam”, soruş ki “harada idin, niyə gəlmirdin mənə”. inan cavablayacağam səni. amma öncə qucaqla məni. həmişə qucaqladığın kimi bərk-bərk, sanki son dəfəymiş kimi. sanki ikimizin də nəfəsi kəsiləcək və sənin qucağında öləcəyəmmiş kimi.

qangren

müəllifi biz olduğumuz kitaba iki baş roluq biz. bu qələm çox ad yazdı, çox misraya şahidlik etdi, içimi göynədən hər sıxıntını gördü, əzizim. amma səni yazanda gözlərim dolmadı, ağlamadım heç birində. gülüşmələrimiz pıçıltı olur eşidilir qulaqlarımda, gəlir məni ziyarətə. 

qangren

səhərlər səni görmək yeni doğulmuş körpənin əlini ovuclarında hiss etmək kimidir.

qangren

əks halda bu çirkab səni də uda biləcək böyüklükdədir.
Reply

qangren

barmağından bərk bərk tutması, həmin körpənin daha heç fikirlərinin formalaşmaması kimidir. bu dünyanı sən üzərində addımlayırsan deyə gözəl sayıram. 
Reply