O qədər uzun zaman keçib ki. Artıq mən on altılıq leyla deyiləm, qəlbimdəkilər də dəyişib, hisslərim də, həyacanım da. Duyğular qəlbimin dərinliklərindən fışqırmır artıq, bir çatdan sızan işıq kimi gecədən gecəyə qanayan yara kimidilər. Bəzənləri o hissləri yenidən yaşamaq üçün necə alışıb yandığımı duyuram və bu məni incidir.
Bura bir çox şeyin başlanğıcı idi, hətta o yaşlarda başıma gələ biləcək ən qəribə şeylərin səbəbi. İndi fikirləşəndə isə silik bir izdi sanki, yenidən bütün canlılığı ilə yaşamaq istəyərdim o hissləri, o ürək döyüntüsünü, şıltaq sevinci və utancı. Amma bilirəm ki, çox gecdi.
Beş il əvvəl buranı tərk etmə səbəbim həyatımda yeni bir səhifənin açılması idi, indi isə demək olar ki o səhifə də bağlanır və mən havada süzülürəm. Bu sözlərimin artıq heç bir mənası yoxdu amma mən köhnə bir dost kimi bura gəlib bəlkə də son dəfə baş çəkmək istədim. Hətta bilsəm belə ki, bu yazını heç kim görməyəcək.
leylidən bu qədər,