Yazar_Qadin

Aktiv olan var?

-fereh

@ Yazar_Qadin  Var
Reply

Yazar_Qadin

Məni unutmayacaqsan. Bir gün, əllərin olacam,özgəyə toxunanda utanacaqsan. Bir gün gözlərin olacam, ğöz yaşların olacam, axacam ovuclarına, silə bilməyəcəksən. Bir gün sözlərin olacam, dilin olacam, adımı çəkəndə topuq vuracam. Bir gün dizlərin olacam, qanayan dizlərin... Yaralanmış ürəyin olacam bir gün. Saçların olacam, töküləcəm çiyninə.
          Və bir gün mən olmayacam. İtirdiyin ümidlərin olacam, getdiyin yollarda ayaq izlərin, qaytara bilmədiyin bir keçmiş, ya da saçlarında əsib keçən bir külək...
          Heç olmayacam bir gün. Yerim boş görünəcək, gözlərin dolu. Əlini tutacaqlar, sevəcəklər bəlkə də. Mən olmayacam. İncidəcəklər səni, qıracaqlar mən öpdüyüm qəlbini, onlar güləcəklər, sən üzüləcəksən, başını qoyduğun çiyin olmayacam.
          Və mən bir gün gələcəm. Ağlına elə bir gələcəm ki, elə bir anda gələcəm ki,tam da unutdum dediyin an, xatırlayacaqsan. Sevmək istəyəndə, gələcəm. Vicdanın olacam. Sızlayacam.
          Və bir gün öləcəm, unutmayacaqsan.
          
          Yazi mene aid deyil....