Bu gün həmişə yanından keçdikdə diqqət etmədiyim mozaika’ya diqqət yetirmə imkanım oldu. İstəmsizcə mozaikdə qoyulan şəkil öz kimliyimdə fərqli hissləri keçirtdi mənə . Fərhadın acınacaqlı vəziyyətini hayli hayli anlaya bilirdim.
Fərhadın əyilmiş duruşu insanın cəmiyyət və təbiətlə olan mübarizəsini, həm də daxilindəki daxili sarsıntını simvollaşdırır. Sevgisi, elə bir gücə çevrilib ki, özünü belə fəlakətə aparıb. Amma bu fədakarlıq qarşısında Şirin, sükut içində, toxunulmaz bir ilahə kimi durur – sanki heç bir şey dəyişməz. Bu görüntü, hər kəsin öz sevgi yolunda fərqli sonluğa çatacağını göstərir.