_Dinara_
Mən ki zülmət gecələrdə azıb itmiş
kimiyəm,
Öz yanımdan da gözüm görməyib
ötmüş kimiyəm
Necə dərin yara vursan da mənə
ağrısı yox,
Yaramı özgə öpüşlərlə keyitmiş
kimiyəm,
Demə buzdur ürəyin, məndə
ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş
kimiyəm.
Nəfəsimdə daha əvvəlki odu
axtarma,
Baxma yanındayam, amma elə
getmiş kimiyəm.
Əbədi musiqi yox, mən də sənin
ömründə
Qəmli bir mahnı idim ki daha
bitmiş kimiyəm.
Olduğundan da böyük zənn
eləmişdim səni mən,
Ondan ötrü sənə dünyanı dar
etmiş kimiyəm.
Söyləmə dərdini Fəhmi, bilirəm
hər şeyi mən
Deməmişdən elə zənn eylə eşitmiş
kimiyəm...
< Ilqar Fehmi >
jazzforlife
@_Dinara_ Ilqar Fəhmi:) Maraqlı şeirdir,əruz vəznində yazıldığını görəndə sevindim ki,nə yaxşı gənc şairlərddə bu vəzndə yazan var. Yanıldım amma eybi yox:) Şeiri paylaşdığınıza görə minnətdaram. İlqar müəllim bəzən verilişdə öz şeirlərini deyir.
•
Reply