Saat 4.45. Hava çox yağışlıdı uzun zaman sonra
Az əvvəl kitabımı bitirdim və o dünyadan ayrıldığım üçün, gerçəkliyə döndüyüm üçün pis hiss etdiyimin fərqinə vardım. Bəzən düşünürəm də kitab oxumaq mənə necə yaxşı təsir edir deyə. Söz bazasının artması desən yox, normal nitq yaranması desən yox dfndmnmdfnd.
Bunlardan əlavə gerçəklik anlayışımın çox stabil olmadığı bu vaxtlarda kitab oxumaq adətən bunu daha da artırmaq deməkdi. Anlamıram bəzən içimdəki çatışan düşüncələri. Amma bəzən içimdə olan hisləri adlandırır obrazlar. O hislər ki daha tanıya bilmədiyim, anlamadığım. Görəsən hər insanmı mənim kimi mi düşünür bu barədə? Çünki bəzən elə davranışlarla, söhbətlərlə qarşılaşır ki insan təəccüblənməyə bilmisən. Kitab dediyim də romanlar, müxtəlif janrlı kitablardı. Gerçi xasiyyətdə işin içinə girir amma düşünürəm ki, belə insanlar bir birlərinin ruhunu anlamalıdı. Niyə anlasınlar ki amma
Bilmirəm, yenə düşüncələr qarışır və məncə bu qədər yetər