_yalquzaq97__

Yenə tək-tənha qalmışam mən buralarda 
          	Bilmirəm nə edim, sıxır məni sənsiz buralar da.
          	Başımı qatmağa yox siqaret hey düşünür,
          	Ürəyim rahat deyil, nəbzim tez döyünür.
          	Sanki indi köçəcəm o biri dünyaya ,öləcəm mən,
          	Əvvəl qorxmazdım ölümdən indi qorxuram nədən?
          	Qorxuram... Qorxuram səni görməyib tezcə ölməkdən. 
          	Qorxuram cavan yaşda çoxu gözün yumur, can itirir,
          	İlahi ! Axı bu sevgi niyə bu qədər qəm gətirir ?
          	
          	Müəllif ©  _ yalquzaq97__ 
          	

_yalquzaq97__

Yenə tək-tənha qalmışam mən buralarda 
          Bilmirəm nə edim, sıxır məni sənsiz buralar da.
          Başımı qatmağa yox siqaret hey düşünür,
          Ürəyim rahat deyil, nəbzim tez döyünür.
          Sanki indi köçəcəm o biri dünyaya ,öləcəm mən,
          Əvvəl qorxmazdım ölümdən indi qorxuram nədən?
          Qorxuram... Qorxuram səni görməyib tezcə ölməkdən. 
          Qorxuram cavan yaşda çoxu gözün yumur, can itirir,
          İlahi ! Axı bu sevgi niyə bu qədər qəm gətirir ?
          
          Müəllif ©  _ yalquzaq97__ 
          

_yalquzaq97__

Женщины на самом деле разговаривают с их глазами, а не с словами. Вот почему их недостаточно, чтобы слушать их, просто смотреть.
          
          Достоевский, Фёдор Михайлович
          
          
          
          Qadınlar sözləriylə deyil, gözləriylə danışar əslində. Buna görə onları anlamaq üçün dinləmək yetməz, izləmək gərək yalnız.
          
          Fyodor Mixayloviç Dostoyevski
          

_yalquzaq97__

Hüseyn Cavid - Get!
          
          Bana anlatma ki, еşq, aləmi-sеvda nə imiş? 
          Bilirim bən səni, gеt! Hər sözün əfsanə imiş. 
          Gеt, gülüm, gеt, gözəlim! Başqa bir aşiq ara, bul! 
          Duydum artıq sənin еşqindəki mə’na nə imiş!.. 
          Bivəfasın, mələk olsan bеlə uymam daha, gеt!
          Kim ki, uymuş sana, gönlüm kibi divanə imiş. 
          Yеtişir, gеt! Bəni qəhr еyləmə, tərsa qızı, gеt! 
          Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
          Səni bir sadədil, azadə mələk sanmış idim, 
          Nеyləyim!.. A…h gönül ruhuna biganə imiş. 
          Səni təqdis еdərək bir daha sеvməm əsla,
          Nə imiş sanki bu еşq!?.. Aşiqi-şеyda nə imiş! 
          Aləmi-zеvqü səfadan bana bəhs еtmə, saqın! 
          Bildik artıq bu cihan mülkü nə vİranə imiş!..
          
          
          

_yalquzaq97__

Baba Pünhan - No..olub ala ?
          
          
          Qatmısan sən gənə də malı mala, no..olub ala?
          Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
          
          Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,
          Qoymadın heç mənə bir metrə qala, no.. .olub ala?
          
          Neçə ildir ki, imarətlə ticarətdir işin,
          Getmisən sən qabağa, mən də dala, no.. .olub ala?
          
          Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,
          Özün üzdün, məni saldın kanala, no.. .olub ala?
          
          Dövri-zastoyda sən idin demə bar-bar bağıran,
          Hər qoyundan azı beş-altı bala, no.. .olub ala?
          
          Gah atı, gah nalı, kah mıxı tərifləmisən,
          Vurmusan gah mıxa, gah nala, no.. .olub ala?
          
          Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə,
          Gətirirsən öyüvə kündə "xala", no...olub ala?
          
          İçəri şəhrimizin hər daşı bir tarixdir,
          Çəkmisən tarixə importnu mala, no...olub ala?
          
          Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,
          Keçmisən indi cənubdan şimala, no...olub ala?
          
          Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,
          Al onu, sal adına, qoyma qala, no.. .olub ala?
          
          Zamanın sahibi, Pünhan, bizi bir gün tutacaq,
          Çəkəcək hammızı sorğu-suala, no.. .olub ala?
          
          

_yalquzaq97__

Mikayıl Müşfiq - Sevgilər 
          
          1927
          
          Sеvgi vardır ki, dodaqlarda açar güllərini,
          Sеvgi vardır ki, bir az qar kimi, ruzgar kimidir.
          Sеvgi vardır oхudur qəlbidə bülbüllərini,
          Böylə bir sеvgi mənim ruhumu oхşar kimidir.
          
          Sеvgi vardır ki, uzaqdan bizə parlaq görünür,
          Ona yaхlaşmayalım, çünki o zülmətlə dolu.
          Sеvgi vardır ki, düşər yеrlərə daim sürünür,
          Öylə bir sеvgi də min dürlü хəyalətlə dolu.
          
          Sеvgi vardır ki, bahardan bizə güllər gətirir
          İçi zəqqum və zəhər, qoхlama, qəlbin qanayar.
          Sеvgi vardır üzü хoş, daхili bir qorхulu yar.
          
          Sеvgi vardır bizə çoх dadlı əməllər gətirir,
          Fəqət həpsində qaranlıq gеcələr kölgəsi var.
          Sеvgilərdə qarışıq bilməcələr kölgəsi var.
          

Humbett

@ _yalquzaq97__   nostaji bir mahnı var, Tünzalə Babayeva idi səhv etmirəmsə M.Müşfiqin bu şeirini musiqi olaraq oxumuşdu
Reply

_yalquzaq97__

Məmməd Aslan - Gəl təki gəl
          
          İstərsən əsəblə gəl,
          İstərsən qəzəblə gəl,
          Qarla gəl, çisəklə gəl,
          Gəl, gəl, təki sən gəl!
          
          Gəl ki görüm küsməni,
          Üz bu qəmdən, üz məni,
          Gəlişinlə kəs məni,
          Gəl, gəl, təki sən gəl!
          
          Daş göyərər gəlməndən,
          Bircə şirin kəlməndən...
          Gəl, bu canı al məndən,
          Gəl, gəl, təki sən gəl!
          
          Bakı, 15 fevral 1987.
          
          
          
          

_yalquzaq97__

Bəxtiyar Vahabzadə - Yaman Darıxmışam 
          
          Yaman darıxmışam səninçin, yaman!
          Mən əsir düşmüşəm öz istəyimə.
          Nifrəti gizlətmək asandan asan,
          Sevgini gizlətmək mahalmış, demə!
          
          Haraylar yüksəlir könüldən yenə,
          Bu necə haraydı, bu necə haydı?
          Öhdəmdən gələrdim... Gözüm üzünə,
          Qulağım səsinə darıxmasaydı...
          
          Elə bil hər yerdən üzülüb əlim...
          Mən azıb qalmışam qəm dərəsində.
          Dirilib yaşanır sənli günlərim
          Sənsiz günlərimin xatirəsində.
          
          Yaman darıxmışam... Bu nədir yenə
          Ağlım sağa baxır, ürəyim sola.
          Ürəyim dönübdür göy göyərçinə
          Qonub sən gedəli sən gələn yola.
          
          Yaman darıxmışam... Hər axşamçağı
          Arzumu günəşin telinə sardım.
          Mənimlə olsaydı, mən darıxmağı
          Zamana ən uzun ölçü sanardım.
          
          Yuxuma gəlmişdin...
          Qısıldıq küncə.
          Danışdıq...
          Yel əsdi...
          Dağıldı dərd-qəm.
          Kölgəyə dönmüşdüm,
          Səni görüncə
          Sənin işığında yox oldu kölgəm.
          
          1974
          

Humbett

@ _yalquzaq97__   Vəhabzadə ❤
Reply