efsanemmdzade26

Salam. Necəsiniz? Üzrlü sayın, narahat edirəm. Mən bir kitab yazıram. Oxuyub bir şans vermək istərsiniz mi?
          Mövzusu : İllərlə eyni yuxunu görən Gülzarın həyatı bu il həmin yuxunu gördükdən sonra bir daha eyni olmamaq üzrə dəyişər. Sirli bir "oyun" zindanına məhbus olan bu gənc qadının məhbəs yoldaşı isə Azərdir. Bir prokuror qadın və mafiyanın oğlu olan vəkil.
          Qanlı cisimləri və pak ruhları olan bu iki insanın həyatları da, duyğuları da cisimləri və ruhları kimi zidd idi. Xilasları bir-birində, ölümləri bir-birində idi. 
          Keçmişin acıları, bu günün qorxuları və gələcəyin bilinməzliyi onları hər gün bir az daha məhv edirdi, hər gün bir az daha yaşam nəfəsi verirdi. 
          Ailələrinin günahlarının və xətalarının cəzasına qurban seçilmiş bu iki gənc sirli "oyun"un pəncəsindən qurtuluş axtardıqca başqa zindanların da əsiri olacaqdırlar.
          Bəs bu sirli "oyun"da əsl qurucu kimdir, oyuncu kimdir? Bədbəxtlik bataqlığına düçar olan kimdir, xoşbəxtlik yağışında islanan kimdir? Qalib kimdir, məğlub kimdir?
          https://www.wattpad.com/story/407249674?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=efsanemmdzade26

KetemKoceriyem

Salam necəsiniz? Məndə kitab yazıram ümid edirəm oxuyarsız. Adı ƏKİZ QIZLARIN QATİLİDİ. Kitabda bir qatilimiz var və əkiz qızları öldürür sadəcə. İşin qəribə yeri orasıdı ki sadəcə əkizlərdən dəqiqə və saniyə fərqi ilə böyük olanı öldürür. Öldürdüyü ilk qızın sağ qalan əkizi isə qatili tapmaq üçün agent olur. Gizli missiya olaraq polis şöbəsində işləyərkən başına nələr gələ bilərki?