Bəzən gec qalmış kimi hiss edirəm.Həyat keçir mənsə burdaca qalmışam.
Son aylardır daha çox hiss edirəm bunu.
Bəlkə də heç, amma heç bir xəyalının reallaşmayacağıdır mənə bunu düşündürən.
Bunu qəbullanmaq o qədər çətindir ki , həm yaşıdların az çox irəliləyirlər ,bir ağacın budağından tutunurlar .
Lakin mən fəzada süzülməye davam edirəm.
Nəfəslərim belə ağır gəlir ruhuma , hər şeyi olmasa da öz həyatımla olan şeyləri qavramağım çox çətindir.
Çox incidir , başa düşmək çox incidir.
Çox böyük dünya sülhü , sonsuz xoşbəxtlik ,eşq məhəbbət ,elm adamı falan filan olmaq kimi məqsədlarim ,arzularım yox idi.
İki kiçik şey idi istədiyim. Təhsilim və sağlamlığım.
Hər ikisinin də başı belalı olması ,hələ bu azmış kimi fərqli fərqli sahələrdən də travmalar toplusunun olması ;)))
İki kiçik diləyin bədəli bu qədər ağır olmalıydı mı, bilmirəm .
Məndən daha pis vəziyyətdə olanlar yoxdur mu ? Əlbətdə var ,lakin tutunduğu hər ümid parçasının əlində qalması elə də asand həzm ediləcək bir şey deyil.
O kiçik qıza verdiyim sözlərin vicdan əzabıdır məni boğan. Nə onu nə özümü xoşbəxt edə bilirəm...
Bu sevdadan yar usanmaz mı ?