caprivae

hbd

caprivae

Çöldən gələn, böyük ehtimalla küçədən keçən polis, ya da təcili yardım maşınının siqnal səsi eşidildikdə hər kəs, sanki sözləşmiş kimi eyni anda çəngəl-bıçağı saxlayıb bir-birinə baxdı. Süfrəyə ani səssizlik çökdü. Əlimdəki çəngəli yerə qoyub belimi oturacağa söykədim. Mənim orada olduğumu unudubmuşlar kimi səs uzaqlaşana qədər tərpənmədən bir-birinə baxırdılar.
          
          Səs uzaqlaşan kimi hər üçü də mənə baxdı. Donub qaldım mən də onlardan gözümü çəkə bilmədim. Hər üçü, sanki sözləşmiş kimi eyni anda gülümsədilər. Onları ilk dəfə gülümsəyən görürdüm və bu təbəssüm üzlərindəki gərginliyin fonunda daha da qorxunc görünürdü. Gecənin əsas yeməyi məniymişəm kimi hiss etdim.

caprivae

"Hafiz üçün çox darıxmışdım. Anam üçün çox darıxmışdım. Köhnə günlər üçün çox darıxmışdım. Səhərlər hamının süfrə başına gəlməsi, yeməyimizi yeyib işə getməyimiz, bir yerdə deyib-gülməyimiz, hətta mübahisələrimiz... Hər şey üçün darıxmışdım."