cherweec

Nə şəkillərini silə bilmişəm, nə də mesajlarımızı. Çünki onları silmək, səni tamamilə həyatımdan çıxarmaq kimi gəlir mənə. İndi isə geriyə yalnız peşmanlıq qalıb. Səndən sonra gecələr əvvəlki kimi olmadı. Yata bilmirəm. Gözlərimi yumanda ağlıma gələn ilk insan yenə sənsən. Bəzən gecənin bir yarısı oyanıb köhnə mesajlarımızı oxuyuram. Bir vaxtlar saatlarla danışdığımız söhbətlərə baxıb düşünürəm ki, necə oldu bu qədər yaxın olduğumuz halda bir-birimizə bu qədər uzaq olduq? Ən çox da öz səhvlərim məni yandırır. Çünki bəzən insan itirəndən sonra anlayır nəyin dəyərli olduğunu. Mən də səni itirəndən sonra bir çox şeyi başa düşdüm. İndi hər şey gecdir, bilirəm. Amma bu, darıxmadığım mənasına gəlmir. Əksinə, hər gün bir az da çox darıxıram. Bəzən bir mahnı, bir söz, bir şəkil belə səni yadıma salmağa kifayət edir. Bilmirəm sən məni heç xatırlayırsan ya yox. Bilmirəm heç mənim kimi gecələr yuxun qaçırmı. Amma mən hələ də səni düşünürəm. Hələ də ürəyimin bir yerində sənə aid qalan xatirələri qoruyuram.Çünki nə qədər çalışsam da, bəzi insanları unutmaq olmur. Onlar gedirlər, amma qəlbdə qoyduqları iz qalır. Səndə mənim qəlbimdə silinmiyən izlərdən biri oldun)

cherweec

Nə şəkillərini silə bilmişəm, nə də mesajlarımızı. Çünki onları silmək, səni tamamilə həyatımdan çıxarmaq kimi gəlir mənə. İndi isə geriyə yalnız peşmanlıq qalıb. Səndən sonra gecələr əvvəlki kimi olmadı. Yata bilmirəm. Gözlərimi yumanda ağlıma gələn ilk insan yenə sənsən. Bəzən gecənin bir yarısı oyanıb köhnə mesajlarımızı oxuyuram. Bir vaxtlar saatlarla danışdığımız söhbətlərə baxıb düşünürəm ki, necə oldu bu qədər yaxın olduğumuz halda bir-birimizə bu qədər uzaq olduq? Ən çox da öz səhvlərim məni yandırır. Çünki bəzən insan itirəndən sonra anlayır nəyin dəyərli olduğunu. Mən də səni itirəndən sonra bir çox şeyi başa düşdüm. İndi hər şey gecdir, bilirəm. Amma bu, darıxmadığım mənasına gəlmir. Əksinə, hər gün bir az da çox darıxıram. Bəzən bir mahnı, bir söz, bir şəkil belə səni yadıma salmağa kifayət edir. Bilmirəm sən məni heç xatırlayırsan ya yox. Bilmirəm heç mənim kimi gecələr yuxun qaçırmı. Amma mən hələ də səni düşünürəm. Hələ də ürəyimin bir yerində sənə aid qalan xatirələri qoruyuram.Çünki nə qədər çalışsam da, bəzi insanları unutmaq olmur. Onlar gedirlər, amma qəlbdə qoyduqları iz qalır. Səndə mənim qəlbimdə silinmiyən izlərdən biri oldun)

cherweec

İnsan var bir gün gedir amma yoxluğu günlərlə adamın içində qalır Mən çox şeyi gec başa düşənlərdən oldum Həyatın içində bəzi seçimlər olur ki o an sənə doğru gəlir amma zaman keçəndə baxırsan ki öz ayağınla öz xoşbəxtliyini uzaqlaşdırmısan Uzaqlıq onsuz da çətin idi amma yenə də yanında olmasa belə sevgisini hiss etdirən insan vardı Mən isə bəzi duyğuların yerini səhv saldım Sonra elə bir gün gəlir ki güvəndiyin tərəfdən qırılırsan və o ağrı sənə keçmişdə qoyub getdiyin dəyəri xatırladır Gecələr adamın fikri susmur xatirələr bir bir gözünün qabağından keçir bəzi səslər bəzi sözlər səbəbsiz yerə yadına düşür İnsan hər gün normal görünməyə çalışır amma içində tamam başqa fırtına olur Darıxmaq elə hissdi ki nə qədər gizlətsən də gözlərindən bilinər Peşmanlıq isə adamı yavaş yavaş içdən yeyər Çünki bəzi qəlblər var ki səni hər halınla sevər sən isə onun dəyərini itirəndən sonra anlayarsan Mən indi bəzi şeyləri geri qaytara bilməyəcəyimi bilə bilə keçmişə baxıram və düşünürəm ki kaş
          insan seviləndə bunu anlaya biləydi.

cherweec

Bezen ele oturub fikre gedirem ki, eger biz bir daha barışmasaq, iller sonra heyatım nece olacaq. Ola biler ki, bir gün evlenim, ailem olsun, her şey qaydasında görünsün. Amma içimde ele bir boşluq qalar ki, onu heç kim görmez. Çünki bezi insanlar var ki, onların yerini başqa biri doldurmur. Sen gedenden sonra bunu daha yaxşı başa düşdüm.
          
          Qorxuram ki, gelecekde eyni evin içinde yaşadığım insanla iki yad kimi olaq. Eyni masada oturaq, eyni otaqda qalaq, amma üreklerimiz tamam başqa yerde olsun. Men gülümseyim, amma içimden gelmesin. Men danışım, amma heç ne hiss etmeyim. Çünki insanın qelbinde yarım qalmış biri olanda, bezen ne qeder çalışsa da tam xoşbext ola bilmir.
          
          En çox da ona yanaram ki, vaxtında qiymetini bilmediyim şeylerin qiymetini indi anlayıram. O vaxt ele bilirdim her şey adi şeylerdi, amma indi başa düşürem ki, insanı seven, onun üçün savaşan, onu itirmekden qorxan birini tapmaq asan deyilmiş. Seninle bağlı düşündükce başa düşürem ki, bezi insanlar heyata bir defe çıxır.
          
          Bezen gözümün qabağına bir gelecek gelir. Evim var, ailem var, her şey yerindedi. Amma gecenin bir vaxtı hamı yatandan sonra tek qalanda ağlıma yenə sen gelirsən. Fikirleşirem ki, bir vaxtlar meni her şeyden çox seven biri var idi. Men ise onun qelbini qırdım, onu üzdüm ve sonra itirdim. Bax o fikir adamın içini yandırır.
          
          İndi en böyük qorxum budu ki, eger biz heç vaxt barışmasaq, men heyatıma davam etsem bele, içimdeki o yarım qalan hiss heç vaxt tamamlanmasın. Her şeyim olsun, amma üreyimde bir "kaş" qalsın. Kaş seni daha yaxşı başa düşeydim, kaş seni itirecek qeder sehvler etmeyeydim, kaş her şey bu yere gelib çıxmayaydı.
          
          Çünki bezen insan birini itirenden sonra anlayır ki, darıxdığı şey təkce bir insan deyil. Onun yanında hiss etdiyi rahatlıq, xoşbextlik, aidiyyet hissidi. Men de qorxuram ki, iller keçse bele, hansısa gecede yenə seni xatırlayım ve öz-özümə deyim ki, menim en böyük peşmanlığım seni itirmek oldu.

cherweec

          O qədər darıxmışam ki, bəzi gecələr yatmaq belə olmur. Başımı yastığa qoyan kimi hər şey bir-bir gəlir gözümün qabağına. Sənin mənə verdiyin dəyər, göstərdiyin səbir, susduğun yerlər, ağladığın anlar. O vaxtlar adi görünən şeylər indi mənə çox ağır gəlir. Çünki indi başa düşürəm ki, hər insan belə sevmir, hər insan bu qədər savaşmır. Sən bəzən qırılmış halda belə münasibəti ayaqda saxlamağa çalışırmışsan, mən isə bunun fərqinə varmırmışam.
          
          İndi bəzi gecələr elə bilirəm ki, hiss edib yazarsan. Telefonun ekranına baxıram, adını görmək istəyirəm. Bilirəm, bəlkə də gecdi, bəlkə də çox şeyi vaxtında başa düşmədim.
          
          Amma bir şeyi çox yaxşı anlayıram: mən sənin sevgini ən çox itirəndən sonra başa düşdüm. Kaş o vaxt görə biləydim ki, sən hər dava ilə məndən uzaqlaşmırdın, əksinə məni itirməmək üçün son gücünlə savaşıb dayanırdın. İndi isə həmin savaşların mənasını gec də olsa anlayıram və bu düşüncə gecələr məni yatmağa qoymur..

cherweec

Nə dostuq, nə də sevgili. Sadəcə bir vaxtlar bir-birinin həyatında böyük yer tutmuş, indi isə yad kimi keçib gedən iki insanıq. Halbuki bir zamanlar günümüz bir-birimizlə başlayıb bir-birimizlə bitirdi. Ən adi şeyi belə birinci bir-birimizə danışırdıq. Səsini eşitmədən rahat yata bilmədiyim günlər vardı mənim. İndi isə günlərlə danışmırıq və bunu normal kimi qəbul etməyə çalışırıq. Ən qəribəsi də budur ki, bir vaxtlar hər şeyini bildiyin insan bir gün sənə tam yad gəlməyə başlayır. İndi harda olduğunu bilmirəm, gününün necə keçdiyini bilmirəm, nələrə üzüldüyünü, nələrə güldüyünü bilmirəm. Halbuki əvvəllər bir baxışından anlayardım içində nə olduğunu. Biz bəlkə də bir-birimizi çox sevmişdik... amma sevgimizi qorumağı bacarmadıq. Araya qürur girdi, səhvlərimiz girdi, anlaşılmayan hisslər girdi. Və bir gün baxdıq ki, əvvəlki yaxınlığın yerində böyük bir səssizlik qalıb.İndi geriyə sadəcə xatirələr qalır. Birlikdə gəzdiyimiz küçələr, səbəbsiz gülüşlərimiz, gecələr bitməyən söhbətlərimiz... Bəzən hansısa mahnı çıxır qarşıma, birdən hər şey yenidən gözümün önünə gəlir. Sonra anlayıram ki, insan bəzi xatirələri nə qədər unutmaq istəsə də, tam silə bilmir. Ən çox da buna yanır adam... Bir vaxtlar "hər şeyim" dediyi insanla indi heç nə olmamağa. Nə halını soruşa bilirsən rahat, nə darıxdığını deyə bilirsən. Sadəcə uzaqdan baxıb susursan