closertoyou-

Mən necə də uzun illər hakimiyyəti günahlandırırmışam, uzun illər erməniləri, ya rusları, ya amerikanları günahlandırırmışam öz içimdə. Amma bircə dəfə də ətrafıma boylanıb xalqa, millətə baxmamışam. Bu ki əsl qatil millət, qara millət, vəhşi və yırtıcı çaqqal sürüsü imiş. Mən necə bunlar üçün qəfəs yox, ədalət istəyirmişəm?

closertoyou-

Bunlar ki cəllada ölüm qışqıran cəlladlar imiş.
Reply

Əslində, biz bir-birimizi sevmirdik. Ən acınacaqlısı da odur ki, bu əvvəlcə belə deyildi. Əvvəlcə biz sevirdik, amma vaxt ötəndən sonra heç bir səbəb olmadan sevgi öldü və biz ayrıldıq. Mən çox pis olmuşdum. Ayrılmağımız yox, sevginin səbəbsiz yaranıb səbəbsiz yox ola bilmə xüsusiyyəti məni yaman qorxutmuşdu. Deməli, mən yenidən kiməsə vurula bilərdim və yenidən sevgimiz ölə bilərdi. Deməli, kimsə məni sevə bilər və heç bir günahım olmadan sevgisi sadəcə bitə bilərdi. Bu, qorxulu idi. Bu, həqiqət idi. Bilirəm, çox adamın həyatında belə şeylər olur. Amma heç kəs düşünmür bu haqda. Hər dəfə kimisə sevir və elə bilirlər ki, bu elə onların əsl sevgisidir. Və bir neçə vaxtdan sonra eyni hadisələr təkrarlanır. Sən unutmağa başlayırsan. Sən öyrəşirsən.

closertoyou-

Hiss edəndə hiss edirsən, etməyəndə etmirsən. Necə demək olar ki, mən filankəsi həmişə sevəcəm? Məncə, insan ən çox sevdiyi insanı da unuda bilər.
Reply

closertoyou-

Qızılgülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan, heç bir iy gəlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir. Sevgi də eləcə. Az bir vaxtda sehrli bildiyin hisslər adi bir şeyə çevrilir. Mən sadəcə bu hissə etibar edə bilmirəm. Mən söz verə bilmirəm. Söz verənlərə də inanmıram. Çünki bu hiss illuziyadır.
Reply