derinderyadainci

"Savaşım kendim ve birkaç satırla." 

derinderyadainci

"Hə, ey yurddaşlar, dolayısı ilə siz ey gələcək soy, ey gənclik, ey çağımızın Siyavuşunun böyümüş oğlu!
          
          Sənin boynunda böyük bir görəv var.
          
          Səndən qabaqkı soy yoxdan bir bayraq, qutlu bir ideal göstəricisi yaratdı, onu min bir çətinliklə ucaldaraq dedi:
          -Bir yol yüksələn bayraq bir daha enməz!
          
          Bunu deyərkən o, bugünkü yetim görüntünü dəyərləndirməmiş deyildi, o, bunu düşünmüşdü, o, sənin o çağda bu bayrağı gənc çiyinlərinə alıb sevinclə küçə-küçə dolaşaraq «irəli, irəli Azərbaycan əsgəri» deyə əsgərtək addım atmağını görmüşdü deyə bu sözü güvənlə söyləmişdi.
          
          Sözsüz, sən onun bu umudunu qırmayacaq, bu gün Parlament üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə konu olmuş, ürəklərinə enmiş bu bayrağı yenidən ora dikəcək, böyük Dəmirçinin geri dönüşünü görüncə onun yanına keçəcək,
          
          
-Ya qazi, ya da şəhid olcaqsan!"
          
          Məmməd Əmin Rəsulzadə, "Əsrimizin Siyavuşu"
          (Lahıc, iyul 1920)