fatime_505

Fərqinə vardım ki, mənimlə danışmadan saatlarca dura bilən biri üçün özümü üzdüyümün fərqinə vardım)

fatime_505

Birinin ürəyində, ya da ağlında olmaq dərd deyil. Asan işdi bu. Sevər səni, darıxar bəzən, yadına düşərsən. Kimisi hirslə xatırlayar səni, kimisi də gülüb keçər. Birinin qəlbində gözəl qala bilməkdir əsl məsələ. Hər nə olursa olsun yaxşı izlər qoya bilmək, birinin "Yaxşı ki tanıdım" ı ola bilməkdir bacarıq. Çünki xoşbəxt etdiyin anlar qədər deyil, yaxşı xatırlandığın qədər qalıcısan birinin həyatında..
          Günümə bax bir mənim, 
          Guya məktub yazmışam.
          Salam yadımdan çıxıb,
          Neyləyək, darıxmışam.
          Salamsız məktub olar?
          Salam;
          Çox darıxmışam..
          
          

fatime_505

Bəzi hekayələrin nə adı var nə həcmi. Bir insan yaşayar, bir insan düşünər. Bəziləri yazar, bəziləri öz məzarını qazar. Bəzi hekayələrin sujet xətti başlanmadan yazılar. Hekayələrdəki sevgi elə bilirsiniz "əks cinsə qarşı bəslənən duyğudan mı" başlayır? Xeyr! Bəzi hekayələrin körpələri sevgisiz böyüyür, döyülür. Kimi atasız, kimi anasız. Birinin yoxluğunu artıq körpəlikdən öyrənir. Elə o bəzi uşaqlar tənhalıqdan qorxduqları üçün sevdikləri insanı bərk-bərk sevirlər..