səs atmağı bilməzdi mamam, hər dəfəsində “sara bax gör nəsə gəlib aça bilmirəm” deyirdin)) qurban olaram sənə deyib, biraz da uşaq kimi əzizləyib səsləri açardım. dinlədikdən sonra da “hə indi sən bas ona mən də deyim göndər” deyirdin. bunları yazarkən gözümün önünə gəldi o üz ifadən və sənin qolundan, üzündən öpmələrim. telefonunu gptürdüm ordan atılan səsləri özümə atdım hamısını. hər gün açıb dinləyirəm. o qədər xoş gəlir ki mənə o səslər, gülüşlərin, gözümün önündə canlanır hamısı. səni o qədər çox istədim ki, yaradanın acığına gəldi elə deyirlər ətrafda olanlar. “hər kəs anasını çox istəyir amma sən ona uşağın kimi, hər şeyin mərkəzinə ananı qoymuşdun” dedilər. sevməkdən, çox istəməkdən qorxar oldum. dəli olacaq sara dedilər, aylarca dalımca gəzdilər mənə bəlli etmədən. kaş ki dəli olsaydım, çox istədim dəli olmağı amma yaradan həm sevdiyimi aldı həm də yaşayacaqsan dedi amma necə yaşayacağımı demədilər, məsələn anasız nə edirlər bilmirəm. qonaq gələndı ondan məsləhətləşirdim, xəstələndə onunla danışırdım, əsəbi olanda onunla bölüşürdüm, gedəcək yerimi, saç rəngimi belə ilk ona gpstərirdim. o getdikdən sonra saçlarıml da kəsdim, boyamağı da bıraxdım. qulağımın aşağısına qədər ağarıb saçlarım. vecimə də deyil, çox dedilər belə olmaz amma dinləmədim onları. hamısı susdu