ferzelievh

Axı darxır ürey onçün ama yoxdur xəbəri,
          	Dünyada yığışsa silə bilməz bu gözümnən kədəri.

ferzelievh

Sevginin nə olduğunu səndə gördüm və səndə yaşadım. Səninlə dolub, daşdım. Mən, mən olmaqdan çıxdım və tamamilə sən oldum. Səni düşünəndə dünya düzəlir sanki. Həyat dahada yaşana bilən hiss edilir, varlığımı hiss edirəm, yaşadığımı hiss edirəm. Bəzən yoxluğunu düşünürəm, və necə nəfəssiz hiss etdiyimi bir mən birdə Allah bilir. Düşünəndə məni qarmaqarışıq edən bir şeyin yaşanmağının mümkünlüyü barədə düşünmək belə həyatdan imtina etdirə bilir məni. Daim varlığını hiss etdiyim və təbəssümünlə keçirdiyim günlər mənim həyata həvəsimi artıran tək şeydir. Gəl sevgilim ol, mənim ol. Gəl birliydə xoşbəxt olaq.✨❤️

ferzelievh

Əlini tutarkən ürəyimdə qopan fırtınanı duyan olarsanmı?
          Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm. Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına «Mən səni sevirəm» deyəndə, «Mən də səni sevirəm» deyən olarsanmı?
          Hər zaman yanımda hiss etmək istəyirəm səni. Hər zaman məndə olmağını istəyirəm. Bir ömür ürəyimdə bağlı qalan olarsanmı?
          Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı?
          Bizə qarşı olanlarla sən, mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm. Mənə belə bir sevgi verən olarsanmı?
          Utanmaqdan qızarmış yanaqlarıma ovucunun içi ilə toxunaraq, Məni öpmək istəyən olarsanmı?
          Başını sinəm üstə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı?
          Sevgimizin və sənin qarşında diz çöküb həyatının qalan hissəni mənimlə bölüş desəm, həyatının qalan hissəsini mənimlə birləşdirən olarsanmı?
          Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri olarsanmı?
          Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı?
          Bütün bu istəklərimi istəyən olarsanmı? İndi nə deyirsən, sevdiyim? Mənim olarsanmı?
          Sevdiyim, sadəcə mənim olarsanmı?❤️

izz3019

@ ferzelievh  enişte)))
Reply

ferzelievh

Dəli bir yağmur olsam,səni yağdığım yerlər qədər sevərdim.Dəli bir külək olsam,səni əsdiyim yerlər qədər sevərdim.Amma mən sadəcə dəliyəm və səni aldığım hər nəfəs qədər çox sevirəm.