SehaneMemmedova2
Link to CommentCode of ConductWattpad Safety Portal
"Bəzi insanlar həyatımıza gözəl anlar gətirər, amma hər münasibət sonsuz davam etmir. Aramızda yaşananlar üçün incimirəm, amma içimdə bir şey qırıldı və o, əvvəlki kimi ola bilmir. Mən keçmişdə olan gözəl xatirələri korlamaq istəmirəm, amma bu, eyni yerdən davam edəcəyimiz anlamına gəlmir Mən bu dəyişikliyi qəbul etmişəm, səndən də anlayış
Gözləyirəm
"İnsanın doğması bunu edirsə, başqasından nə gözləyəsən? Mən kiməsə kin saxlamaq istəmirəm, amma hər kəsin bir qırılma nöqtəsi var. O nöqtə keçiləndə, içində nəsə əbədi dəyişir. Mən bu dəyişikliklə barışmışam. Hər şey əvvəlki kimi ola bilməz, çünki içimdə əvvəlki duyğular qalmayıb. Mən sükunətə ehtiyac duyuram. Düşmənlik etmək deyil niyyətim, sadəcə artıq uzaq durmaq istəyirəm. Hər şeyə rəğmən hörmətlə, amma məsafəli.
"Ən güvəndiyim insanın susaraq uzaqlaşması, heç düşmənimin belə edə bilməyəcəyi qədər incitdi məni. Mən heç vaxt səndən arxamı dönüb gedəcəyini gözləmirdim. Həmişə düşünürdüm ki, nə olsa da, sən yanımda qalarsan, heç olmasa haqqımı qoruyarsan. Amma sən susdun. Sükutun bəzən qışqırmaqdan daha çox sındırır adamı. Mən bu sükutun içində çox şey anladım. İndi səssizəm. Çünki danışmaq belə gəlmir içimdən. Amma bil, içimdə nə qırıldısa, onu heç vaxt əvvəlki yerinə qaytara bilməyəcəyik."
"O gün nə yaşadığımı mən bilirəm. İçimdə necə sındığımı, gözümün içindəki işığın necə söndüyünü, necə susub udduğumu... Mən danışmadım, amma o sükutda çox şey vardı. Göz görə-görə tək qalmaq, haqsız yerə suçlanmaq, arxasını dönənlərin baxışını görmək — bunların acısını heç kim bilə bilməz. Mən o gün bir şey öyrəndim: insanın yanında sandığı hər kəs . Əslində sənin yıxılmağını gözləynlər imiş.
O gün mənə sən çox böyüdürsən , get su iç kimi ifadələr etdilər . Halbuki mən o anda birinin gəlib məni dayandırıb getmə zarafat edirik deməsini gözləmişdim
SehaneMemmedova2
Mən o gün necə ağladığımı unutmaram . Kənanın mənə qarşı kini var. Bahadinin beynini doldururlar . Heçnə demirəm . İnşallah qarşınıza məndən daha gözəl dostlar çıxar
•
Reply