gulohesenzadeh

İndiyə kimi yaşadığım ən qəribə acını bölüşmək istəyirəm. 
          	Elvin var idi. 1,97 boyunda idi. Yəni boyunda imiş. Cəsədini ölçüblər. Ona gözüm o qədər öyrəşibmiş ki, görmürəmmiş başqalarını. Amma indi 1,80+ olanlar həddən artıq hündür görünür gözümdə. Bu hiss qəlbimi sızıldadır.

Xoşlanırdım ondan. Mənimlə maraqlanması, qayğıma qalması, qısqanması, inadlaşması, hirslənməsi, anlayışlı olması, şit zarafatlarımı səbirlə qarşılaması, nə isə soruşanda ətraflı başa salması, uyğun yol göstərməsini sevirdim. 
          Alınmadı. Anlaşsaq da, yaxınlaşa bilmədik.
          Həyatımızla bağlı mən ona az şeyi, o isə hər şeyi dedi. O məni az-çox, mən onu çox-çox tanıdım. 
          O, sadəcə, hayatında birinin olmasını istəyirdi. Yəni ki, fərqi yoxdur kim oldu, təki yola gedən olsun.
          Mən belə şeyi qəbul etmədim. Bu fikrimi açıb ona da demədim. Deyə bilmədim. "Desəm nə dəyişəcək ki" deyə düşündüm.  Səhv etdim.
          Bunu da bura bəlkə bir az rahatlayaram deyə yazdım. 
          
          -Bura yazdığına ona yazardın?! 
          -Yazmaram. O bunu haqq etmir.