Bəzən biri gecənin bir yarısı digərinin yanına gəlir, axı onun zarafatı üçün darıxıb, onun məsləhətinə, bəlkə də, sadəcə onun özünə ehtiyacı var. Və əgər biri harasa gedirdisə, digəri onun üçün darıxırdı. Amma onları xoşagəlməz bir anlaşılmazlıq ayırdı. Beləcə, onlar bir-birini görməzdən gəldilər, bir-birinin yanından ötüb keçdilər. Maraqlı odur ki, onlar təəssüf hissi çəkmirdilər. Sevgiyə heyifsilənmək elə sevginin özüdür. Onlar bir-birindən aldıqlarını dünyanın heç bir yerində ala bilməzlər. Çünki onlardan hər biri sadəcə özünəməxsus şəkildə zarafat edir, məsləhət görür və nəfəs alır. İndi onlar şikəst olublar, kiçiliblər, amma bunu sezmirlər. Əksinə, qürurlarında boğularaq belə hesab edirlər ki, asuda vaxt qazanıblar.
©Antoine de Saint-Exupéry - "Qəsr" romanı